İqlim böhranının təsirlərini artıq inkar etməyin mümkün olmadığını bildirən ABŞ-ın iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, çox gec olmadan karbon emissiyalarını sürətlə azaltmaq üçün bütün dünyanın əməkdaşlıq etməsi lazım olduğunu vurğulayıb.
525.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda Chatham House beyin mərkəzində keçirilən “Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Sammitinə (COP27) gedən yolda” adlı sessiyada iştirak edən ABŞ-ın iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri qlobal vəziyyətlə bağlı qiymətləndirmələr edib.
Kerri bildirib ki, hazırda qlobal iqtisadiyyatın 65 faizinin qlobal orta temperatur artımı hədəfindən 1,5 dərəcə selsi altında saxlanılması lazımdır. "Problem ondadır ki, (qlobal) iqtisadiyyatın yalnız 65 faizi buna əməl edəcəksə, o zaman bizim ciddi problemimiz var. Qalan 35 faiz əhəmiyyətli (emissiya hədəfi) artımla masaya gəlməli olacaq", - Con Kerri bildirib.
Elm adamlarının hesablamalarına görə, 2030-cu ilə qədər qlobal karbon emissiyalarının ən az 45 faiz azaldılması lazım olduğunu ifadə edən Kerri: "Hələ bunu edə bilərik, dostlar. Dünyada bərpa olunan enerjinin tətbiqi kifayət qədər tez həyata keçirilə bilərsə, biz hələ də edə bilərik”, - deyib.
Malik Atilay
Baxış sayı: 415
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

