FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Ziyalı Ocağı” İctimai Birliyi “İşğal” adlı sənədli filmi geniş ictimaiyyətə təqdim etdi
27-10-2022, 20:55 | MƏDƏNİYYƏT
“Ziyalı Ocağı” İctimai Birliyi “İşğal” adlı sənədli filmi geniş ictimaiyyətə təqdim etdi

Təqdimat mərasimi Azərbaycan Dillər Universitetində reallaşdırılıb.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsi bir dəqqiqəlik sükutla yad edilib.

Layihə rəhbəri İlahə Əliyeva tədbiri giriş sözü ilə açaraq, iştirakçılara layihə ilə bağlı müfəssəl şəkildə məlumat verdi. O bildirdi ki, “layihə çərçivəsində lentə aldığımız bu sənədli filmdə son 30 ildə işğalçı Ermənistanın ölkəmizə qarşı yürütdüyü mənfur siyasətlə bağlı informasiyalar toplanaraq, izləyicilərə çatdırılmağa səy göstərilib.

İşğaldan azad olunan torpaqlarımızda vandallıq aktları həyata keçirən qəsbkar Ermənistanın iç üzünün, əsl simasının tanıdılması istiqamətində bu film mühüm əhəmiyyət kəsb edir. Ümidvarıq ki, torpaq oğrularının, uşaq qatillərinin, cinayətkar işğalçı ünsürlərin, habelə, müharibə cinayətlərinə əl atan bir ölkənin –Ermənistanın beynəlxalq məhkəmələr qarşısında məsuliyyətə cəlb olunmasının zamanıdır. Yalnız ədalət təcəlli tapdığı təqdirdə dünyanın sülhsevər xalqlarında Avropa demokratiyasının mövcudluğuna qarşı inam artar”.

Çıxış üçün söz alan “Ziyalı Ocağı” İctimai Birliyinin sədr müavini İsrafil Hüseynov bildirdi ki, 28 il bir müddətdə qəsbkar Ermənistanın amansız işğalına məruz qalan torpaqlarımızın azad olunmasında əvəzsiz xidmətləri olan, bizə qələbə sevincini yaşadan, Ali Baş Komandanımız İlham Əliyevə və onun igid əsgərlərinə minnətdarlıq borcumuz vardır.

“Gənclərimiz tariximizi yaxşı bilməli, dövlətimizi və onun ərazilərini, hüdudlarını mənfur qonşularımızın xəbis niyyətlərindən qorumalıdırlar. Qonşularımızı yaxşı tanımalıyıq. Bu bizə gələcəkdə keçmişdə yaşadıqlarımızın bir daha təkrarlanmamasına kömək edər. Bu qəbildən olan filmlər ümid edirik ki, vətəndaşlarımızı düzgün istiqamətə yönləndirəcəkdir”.

Layihənin eksperti Rəsul Mirhəşimli öz çıxışı zamanı bildirdi ki, “İşğaldan azad olunmuş ərazilərimizdə heç bir yaşayış məntəqəsi erməni vandallığından kənarda qalmayıb. Daş-daş üstündə qalmayıb. Təbii ki, dövlətimiz o əraziləri yenidən dirçəldəcəkdir, vətəndaşlarımızı abad və inkişafda olan qədim və tarixi yurd yerlərimizə yerləşdirəcəkdir. Amma düşmənlərimzi olduğu kimi tanımaq mütləq haldır.  Sizə təqdim etdiyimiz bu günkü sənədli film məhz bu aspektə köklənmişdir”.

Sonra tədbir iştirakçıları “İşğal” adlı sənədli filmi izləməyə dəvət edildilər. Film auditoriyada rəğbətlə qarşılandı.

Sonda iştirakçılarla bərabər xatirə şəkilləri çəkdirildi.




Baxış sayı: 448
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031