FACT-INFO.AZ » SİYASƏT » ABŞ Azərbaycan və Ermənistan liderlərini onlar üçün faydalı olan istənilən formatda görüşməyə çağırıb
27-10-2022, 09:20 | SİYASƏT
ABŞ Azərbaycan və Ermənistan liderlərini onlar üçün faydalı olan istənilən formatda görüşməyə çağırıb

Bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedan Patel brifinqdə deyib.

O, vurğulayıb ki, ABŞ hər iki ölkənin liderini onlar üçün faydalı olan istənilən formatda görüşməyə çağırıb: “Bizim baxışımız budur ki, birbaşa dialoq bu məsələlərin həllinin və uzunmüddətli sülhə nail olunmasının açarıdır”.

Patel qeyd edib ki, ABŞ hər zaman Cənubi Qafqazın hər üç ölkəsinin suverenliyi və müstəqilliyini dəstəkləyib.

Əlavə edib ki, 1991-ci ildə Ermənistan, Azərbaycan və Gürcüstanın Sovet İttifaqından ayrılaraq öz müstəqilliyini bərpa etməsi bu ölkələrin hər birinə öz xarici siyasət maraqlarını və suverenliyini həyata keçirmək hüququ verib.

Brifinqdə Patelə Ermənistanın Azərbaycan ərazilərində yerləşdirdiyi minalarla bağlı sual da ünvanlanıb. Müxbir bu minaların partlaması nəticəsində 262 nəfərin həyatını itirdiyini, Dövlət Departamentinin 8 ay öncə minalarla bağlı problemlərin həlli üçün 2 milyon dollar həcmində yardım elan etdiyini xatırladıb. O, bu yardımın ayrılıb-ayrılmadığını, proqramın hazırkı vəziyyətini soruşub.

“Mən anladığım qədəri ilə elədir (proqram keçərlidir), ancaq dəqiqləşdirəcəm – biz sizə spesifik informasiyaları təqdim edəcəyik”, - deyə Patel sualı cavablandırıb.

Qeyd edək ki, oktyabrın 31-də soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.




Baxış sayı: 395
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30