Mətbuat konfransında Prays: "Biz Kremldən yayılan bu cür açıq dezinformasiyaları eşitməkdən narahatıq. Biz Kremlin tarixini belə iddialarla bilirik", - deyib. Ukrayna xarici işlər nazirinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi ilə görüşdüyünü və ölkəsindəki obyektlərin yoxlanılmasına çağırdığını xatırladan Prays ABŞ dövlət katibi Antoni Blinkenin də Qrossi ilə görüşəcəyini qeyd edib.
Prays, ruslara göstərə biləcəkləri hər hansı bir bəhanənin gərginliyi artırmaq üçün uydurma olacağını, Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyinə dair heç bir işarə görmədiklərini və ABŞ-ın qərarını dəyişməsi üçün heç bir səbəb görmədiklərini söyləyib. Bu ciddi nəticələrin nə olacağı ilə bağlı suala Prays daha aydın və dəqiq şəkildə Rusiyaya xəbərdarlıq etdiklərini, lakin atacaqları addımları ictimaiyyətlə bölüşməyə üstünlük vermədiklərini bildirib.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın ABŞ, Fransa və İngiltərə, eləcə də Türkiyədəki həmkarları ilə telefon danışıqlarında "çirkli bomba" istifadə etməyə hazırlaşdığını bildirib. ABŞ, İngiltərə və Fransa xarici işlər nazirləri danışıqlardan sonra yaydıqları birgə bəyanatda Rusiyanın iddialarını rədd edərək, gərginliyi artırmaq üçün istifadə olunacaq bəhanələri qəbul etməyəcəklərini bildiriblər.
Baxış sayı: 369
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

