Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən xaricdə yaşayan azərbaycanlılarla bağlı söylədiyi fikirlər Gürcüstanda böyük marağa səbəb olub.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın 24news.ge və aktual.ge informasiya portalları Azərbaycan Prezidentinin çıxışından müxtəlif sərlövhələrlə xəbərlər hazırlayaraq yayıblar.
Azərbaycan Prezidentinin nitqindən verilən xəbərlərdə deyilir: “Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik".
Baxış sayı: 470
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

