FACT-INFO.AZ » MƏDƏNİYYƏT » UNESCO-nun mənzil-qərargahında Qarabağ xanlığının zəngin tarixi - mədəni irsi təqdim edilib
22-10-2022, 09:25 | MƏDƏNİYYƏT
UNESCO-nun mənzil-qərargahında Qarabağ xanlığının zəngin tarixi - mədəni irsi təqdim edilib

 “Şuşa İli” çərçivəsində UNESCO-nun mənzil-qərargahında “Mədəni irsin aşkarlanması və qorunub saxlanılması sahəsində regional əməkdaşlıq” adlı konfrans keçirilir. Konfransda Heydər Əliyev Fondunun himayəsi və Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” adlı albom-kitab da təqdim edilib. Müxtəlif ölkələrdə, eləcə də beynəlxalq təşkilatlarda bu kitab vasitəsilə Qarabağ xanlığının tarixi və mədəni kimliyi tanıdılır.

“Şuşa İli” çərçivəsində UNESCO-nun mənzil-qərargahında “Mədəni irsin aşkarlanması və qorunub saxlanılması sahəsində regional əməkdaşlıq” adlı konfransı Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Elman Abdullayev giriş sözü ilə açaraq, tədqiqat layihəsini 1972-ci il Ümumdünya İrs Konvensiyasından irəli gələn mədəni irsin qorunması üzrə beynəlxalq əməkdaşlıq tələbinə töhfə kimi qiymətləndirib.

Tədbirin moderatoru fransız jurnalist Jan-Mişel Brun Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan Qarabağ bölgəsi mədəni irsinin muğam, memarlıq, xalçaçılıq, atçılıq kimi sənətlərinin bəşəri mədəniyyətin inciləri olduğunu vurğulayıb.

Gürcüstan Milli Muzeyinin direktoru, məşhur arxeoloq professor David Lordkipanidze son illər Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstan Milli Muzeyinin arxivində saxlanılan və Azərbaycanın zəngin tarixi-mədəni irsinə aid maddi dəlillərin aşkarlanması istiqamətində aparılan unikal layihələr haqqında məlumat verib. Bu əməkdaşlıq nəticəsində bir neçə il əvvəl Heydər Əliyev Mərkəzində təşkil edilmiş “Tarixin şah əsərləri” adlı sərginin, Gürcüstan Milli Muzeyinin fondlarında aşkarlanmış İrəvan xanlığının tarixi və mədəni irsinə aid nadir eksponatların geniş xarici auditoriyaya tanımağa imkan yaratdığını qeyd edib.

“Qarabağ xanlığı” kitabının həmmüəlliflər qrupunun rəhbəri, professor Eldar Nadiradze Rusiya İmperiyası dövründə toplanmış obyektiv etnoqrafik materiallar əsasında hazırlanmış bu tədqiqat işinin Qarabağ bölgəsində uzun əsrlər boyu Azərbaycan mədəniyyətinin üstün mövqeyi və dərin tarixi köklərini əks və sübut etdiyini qeyd edib.

Gürcü həmkarlarına fədakar əməkləri üçün təşəkkürünü bildirən Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, Qarabağ xanlığının mədəni irsinin ondan əvvəl bu bölgədə hökmranlıq etmiş tarixi Azərbaycan dövlətlərinin minillik mədəniyyətinin davamı olmasından danışıb.

“Azad edilmiş Qarabağa səfərim zamanı mən Azərbaycan irsinin 30 illik erməni işğalı nəticəsində barbarcasına dağıdıldığının şahidi oldum”, - deyən Roma Sapienza Universitetinin tədqiqatçısı Daniyel Pomiyer Vinçelli Azərbaycanın Qarabağda xristian irsi də daxil olmaqla bütün mədəni və tarixi irsə həssaslıqla yanaşdığını və mühafizə etdiyini diqqətə çatdırıb.

Müzakirələri yekunlaşdıran Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov erməni işğalı illərində Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan irsinin tamamilə məhv edildiyini bildirib. Bu baxımdan xarici muzeylərdə qorunmuş Qarabağ xanlığı irsinin dərindən tədqiq olunmasının tarixi həqiqətlərin üzə çıxması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Şuşa İli” təşəbbüsü Qarabağ bölgəsi, xüsusilə də Şuşa şəhərinin qədim tarixə malik Azərbaycan kimliyi haqqında elmi həqiqətlərin beynəlxalq səviyyədə tədqiqinə və tanıdılmasına təkan verir. Məhz “Şuşa İli”ndə Heydər Əliyev Fondunun himayəsi ilə Qarabağ xanlığının tarixinə aid 100 ildən artıq müddətdə Tiflis arxivlərində mövcud olmuş zəngin kolleksiyanın nüfüzlu elmi nəşr halında işiq üzü görməsi və bu nəşrin ilk təqdimatının azad edilmiş Şuşada keçirilməsi dərin rəmzi məna daşıyır. E.İskəndərov gürcü alimlərin bu istiqamətdə tədqiqatının bundan sonra da geniş tarixi və mədəni ictimaiyyətin diqqət mərkəzində olacağına əminliyini ifadə edib.

Tədbirin sonunda natiqlər iştirakçıların suallarının cavablandırıblar.

Tədbir iştirakçılarına ingilis, fransız və ərəb dillərində olan “Qarabağ xanlığı” kitabı hədiyyə edilib.




Baxış sayı: 499
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031