Bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini Tofiq Musayev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycana qarşı müharibə cinayətləri” adlı hibrid formatında keçirilən seminarda deyib.
T. Musayevqeyd edib ki, Xocalı işğal olunarkən yüzlərlə dinc sakin qətlə yetirilib: "Belə faciələr bir neçə dəfə olub. Erməni təcavüzü yaşlı insanların, uşaqların, qadınların həyatını itirməsinə səbəb olub, xeyli insan girov götürülüb. Girovlardan bəziləri sonradan öldürülüb, bəziləri sağlamlığını itirib".
T. Musayev bildirib ki, onlar Azərbaycan toponimlərini erməni adlarına dəyişib, milli sərvətləri talayıblar: "Əksər kənd və şəhərlər dağıdılıb. Ermənistan beynəlxalq qanunları, həmçinin Haaqa və Cenevrə konvensiyalarının müddəalarını pozub. Bu cür ağır müharibə cinayətləri törədən dövlətlər kompensasiya ödəməlidir. Azərbaycan bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə və Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib".
Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini vurğulayıb ki, "Ermənistan münaqişədən sonrakı humanitar səylərə, o cümlədən insanların öz yurd-yuvalarına qayıtmasına mane olur: "Azərbaycan münaqişənin ilk günlərindən beynəlxalq ictimaiyyətin diqqətini belə məqamlara çəkməyə çalışıb. Beynəlxalq ekspertlər ciddi hüquqi təhlil aparıblar. 2009-2019-cu illərdə həmin təhlillər dərc edilərək yayılmışdı. Azərbaycan səylərini bundan sonra da davam etdirəcək və Ermənistanın məsuliyyətə cəlb olunmasına çalışacaq".
Baxış sayı: 403
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

