FACT-INFO.AZ » SİYASƏT » Mövlud Çavuşoğlu: Azərbaycanla Ermənistan arasındakı əhatəli sülh anlaşması Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün çox vacibdir
18-10-2022, 11:20 | SİYASƏT
Mövlud Çavuşoğlu: Azərbaycanla Ermənistan arasındakı əhatəli sülh anlaşması Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün çox vacibdir

Bu Bəyanat əsasən, Azərbaycan haqlı olaraq Laçın və Zəngəzur dəhlizlərinin eyni statusda olmasını bildirir. Lakin bundan asılı olmayaraq, bu layihələrin həyata keçirilməsi lazımdır. Sərhədlərlə bağlı birgə komissiyanın yaradılması ilə bağlı qərar verildi. Bu da həyata keçirilməlidir. Digər tərəfdən, xarici işlər nazirləri sülh müqaviləsi üzrə müzakirələrin başlaması barədə təlimatlandırılıb. Bu müzakirələrin də sürətləndirilməsi lazımdır. Azərbaycanla Ermənistan arasındakı əhatəli sülh müqaviləsi Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün çox vacibdir. Türkiyə olaraq biz də Ermənistanla əlaqələrimizin normallaşmasını Azərbaycanla əlaqəli şəkildə aparırıq. Azərbaycanla Ermənistan arasında hər müsbət addımın bizim münasibətlərimizə də töhfəsi olacaq.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasından sonra mətbuata açıqlamasında bildirib.

Azərbaycanın torpaqlarını geri qaytardığını və Ermənistanın təxribatlardan artıq əl çəkməli olduğunu bildirən nazir deyib: “İndi müəyyən olunan yol xəritəsinə diqqət yetirmək lazımdır. Ermənistanın və hamımızın buna ehtiyacı var. Əldə olunan razılaşmaların həyata keçirilməsi üçün hər kəs üzərinə düşən öhdəliyə əməl etməlidir”.

Fransa Prezidenti Emmanuel Makronun birtərəfli açıqlamalarına toxunan nazir artıq dünyanın qarşısında əvvəlki deyil, öz torpaqlarını azad edən Azərbaycanın olduğunu bildirərək deyib: “Azərbaycan 30 il səbir etdi və işğal altındakı torpaqlarını geri qaytardı. Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri açıq-aydındır. Bütün beynəlxalq təşkilatlarda Qarabağ Azərbaycan ərazisi kimi tanınır”.

Nazir Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində müəyyən edilən nümayəndələrin görüşlərinin bundan sonra Türkiyə və Ermənistanda keçiriləcəyini bildirib.

Türkiyənin TDT-yə rəhbərliyi dövründə gördüyü işlər barədə məlumat verən nazir dünyanın yaşadığı bu çətin dövrdə qlobal sabitlik və firavanlıq üçün türk dünyasının əhəmiyyətinin daha da artdığını vurğulayıb.




Baxış sayı: 388
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031