FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Şəhid mayor Rüfət Əsgərova həsr olunan “Zülmətdən doğan günəş” kitabının təqdimatı olub
12-10-2022, 09:10 | MƏDƏNİYYƏT
Şəhid mayor Rüfət Əsgərova həsr olunan “Zülmətdən doğan günəş” kitabının təqdimatı olub

Şairə Rəfiqə İsaqqızının müəllifi olduğu “Zülmətdən doğan günəş” adlı kitab Vətən müharibəsi zamanı düşmənin kabusuna çevrilən, 3 düşmən postunu alaraq qarşı tərəfin 24 xüsusi təyinatlısını məhv edən, torpaqlarımızın azad olunması uğrunda qəhrəmancasına döyüşən şəhid mayor Rüfət Əsgərovun əziz xatirəsinə həsr olunub.

Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, qazilər, Müdafiə Nazirliyi və Heydər Əliyev adına Ali Hərbi məktəbin əməkdaşları, DOST İnklüziv İnkişaf və Yaradıcılıq mərkəzinin könüllüləri, eləcə də “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin nümayəndələri, həmçinin digər qonaqlar iştirak ediblər.

Şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, yaxın dostu polkovnik leytenant Rüfət Məmmədov, “Zülmətdən doğan günəş” adlı kitabın müəllifi şairə Rəfiqə İsaqqızı, Vətən müharibəsi qaziləri Natiq Mikayılov və Aşur Gülqəzov çıxış edərək Vətən müharibəsində öz şücaəti ilə seçilən şəhid mayor Rüfət Əsgərovla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərmək hər birimizin borcudur: “Bu məqsədlə Vətən, torpaq uğrunda şəhid olanların keçdiyi döyüş yolundan bəhs edən filmlərin çəkilməsi, şəhidlərimizin qəhrəmanlıqlarını yazılı tarixə çevirmək və onu yeni nəslə konkret faktlarla çatdırmaq üçün bir çox kitabların yazılması böyük əhəmiyyət kəsb edir”.

Sonda tədbir iştirakçıları mayor Rüfət Əsgərova məxsus, muzeyin fondlarında qorunub saxlanılan müxtəlif şəxsi əşyaların-hərbi formaların, sənədlərin, fotoşəkillərin nümayiş olunduğu sərgi ilə tanış olublar.




Baxış sayı: 413
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30