Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu beynəlxalq ekspert, ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş müavini Metyu Brayza bildirib.
“İki il əvvəl Gəncədə çox sayda günahsız uşaq, qadın və kişinin həyatına son qoyan dəhşətli və qeyri-qanuni hücumlar nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bu cinayət heç vaxt unudulmayacaq. Ümid edirik ki, bu, sülhə can atanları Ermənistan və Azərbaycan arasında müharibədən sonra əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün daha fəal işləməyə sövq edəcək. Bununla belə, dəhşətli hərəkətlərin bir daha təkrarlanmaması təmin olunacaq”, - o vurğulayıb.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri Gəncə şəhərini ümumilikdə 5 dəfə - 4, 5, 8, 11, 17 oktyabr 2020-ci il tarixlərində raketlərdən və ağır artilleriya qurğularından atəşə tutub. Bu hücumlar nəticəsində 26 nəfər həyatını itirib, 175 nəfər yaralanıb, mülki infrastruktura və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi təcavüzü nəticəsində 12 uşaq və 27 qadın daxil olmaqla, 93 mülki şəxs həyatını itirib, 454 mülki şəxs yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış binasına, 288 avtomobilə, 1018 təsərrüfata ziyan dəyib.
Baxış sayı: 361
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

