FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi nəşrinin təqdimatı olub
10-10-2022, 09:45 | MƏDƏNİYYƏT
“Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi nəşrinin təqdimatı olub

Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ərsəyə gəlmiş bu nəşrin Azərbaycan ədəbiyyatı üçün çox böyük bir töhfə olduğunu söyləyib. O, dahi sərkərdə-şairin 535 illik yubileyi münasibətilə hazırlanan bu nəşrin 2019-cu ildən başlayaraq Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistan Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda Azərbaycana dair saxlanılan əlyazmaların araşdırılması və tədqiqi əsasında ərsəyə gəldiyini bildirib. Samir Abbasov, Şah İsmayıl Xətainin Azərbaycan dövlətçilik tarixində oynadığı böyük rolla yanaşı, onun klassik ədəbiyyatımızın inkişafında və eləcə də ana dilimizin dövlət dili səviyyəsinə çatdırılmasında da böyük rolunun olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli məsələyə tarixi aspektdən yanaşaraq Şah İsmayıl Xətainin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərindən danışaraq “Xətai “Divan”ının Daşkənd nüsxəsi”nin nəşrinin mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin dünyada tanıdılması, öz keçmişimizə, milli dəyərlərimizə sahib çıxmaqla yanaşı, sözügedən zəngin irsimizin gələcək nəsillərə ötürülməsi, təbliği istiqamətində mühüm əhəmiyyətli olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən nəşr edilmiş bu əsərin ədəbiyyatşünaslıq baxımından böyük əhəmiyyətindən söz açıb, əsərin gözəlliyi, qədimliyi ilə yanaşı onun Azərbaycan kitabının ən gözəl, unikal bir nümunəsi olması yönündən də çox dəyərli mənbə olduğunu vurğulayıb. Akademik, kitaba “Ön söz” yazan mədəniyyət naziri Anar Kərimovun sözlərindən sitat gətirərək Azərbaycan xalqının şanlı dövlətçilik tarixinə, zəngin mədəniyyətə, incəsənətə, bütün dünya ədəbiyyatına təsir edə biləcək ədəbiyyata malik olduğunu qeyd edərək Xətayi yaradıcılığının da bu dəyərlər içində böyük çəkiyə sahib olduğunu bildirib.

Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, tədqiqatçı-alim, professor Nizami Tağısoy, özbək şairə, “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm və başqaları Azərbaycan–Özbəkistan arasında tarixi dostluq əlaqələri, mədəni-ədəbi münasibətlər haqqında danışaraq bu nəşrin Xətai irsinin tədqiqinə böyük töhfə olduğunu qeyd ediblər.

Sonda nəşrin tərtibçisi, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Xətai əlyazmaları içərisində xüsusi seçilən anadilli “Divan”ın Daşkənd nüsxəsinin nəşrinin Azərbaycan ədəbiyyatşünaslığı üçün böyük əhəmiyyətini vurğulayaraq tədqiqata və nəşrin ərsəyə gəlməsində göstərmiş olduqları dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, yenicə çapdan çıxmış “Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi” adlı nəşrin Bakı və Daşkənddə geniş təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.




Baxış sayı: 432
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031