FACT-INFO.AZ » SİYASƏT » Avropanın nüfuzlu nəşri Edillidə aşkarlanan kütləvi məzarlıqdan yazır
9-10-2022, 11:10 | SİYASƏT
Avropanın nüfuzlu nəşri Edillidə aşkarlanan kütləvi məzarlıqdan yazır

Siyasət üzrə redaktor Nik Pauell “Müharibənin acı mirası: Azərbaycanda kütləvi məzarlıq aşkarlanıb” başlıqlı məqalədə müharibənin nəticələrinin hələ öz ağrı-acısı ilə davam etdiyi qeyd edilir. Müəllif yazır ki, iki il bundan öncə Azərbaycan Ermənistanla münaqişədə ərazilərini azad etsə də, yeni kütləvi məzarlığın aşkarlanması Birinci Qarabağ müharibəsinin ağrılarını bir daha yada salır. Lakin bütün bunlara baxmayaraq, sülh yolu ilə həll üçün diplomatik səylər davam etdirilir.

Məqalədə qeyd olunub ki, Azərbaycanın Qarabağ regionunda yerləşən Edilli kəndində 12 əsgərin kütləvi məzarlığı barədə xəbər və görüntülər mətbuata çıxdı. Aşkarlanan qalıqların kəllə sümüklərində güllə deşikləri və onların əl-ayağının bağlı olması onların güllələnərək amansızcasına qətlə yetirildiyini göstərir.

Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmisi Namiq Əfəndiyev bildirib ki, 1994-cü ildə bitmiş Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşların tapılması məqsədilə fevral ayından etibarən bu kənd ərazisində qazıntı işləri aparılır. İndiyədək ərazidə 25 insan qalığı aşkar edilib və qazıntılar davam etdirilir.

Məqalədə, həmçinin diqqətə çatdırılır ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Edillidə tapılmış kütləvi məzarlıqla əlaqədar özünün tviter səhifəsində bildirib ki, Edilli kəndinin Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi (konslager) kimi istifadə edilib. O əlavə edib ki, bu kənddəki kütləvi məzarlığın aşkarlanmasına baxmayaraq, hələ də 4000-dək azərbaycanlı hərbçi və mülki şəxsin taleyi naməlum olaraq qalır və Ermənistan itkin düşmüş şəxslərlə bağlı kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina edir.

Məqalədə, həmçinin Ermənistanın Azərbaycana təcavüzünün tarixi barədə də oxuculara məlumat verilib, 2020-ci ildə Azərbaycanın ərazilərini işğaldan azad etməsi və hazırda iki ölkə arasında vasitəçilərin köməyi ilə sülh danışıqlarının aparıldığı qeyd edilib.




Baxış sayı: 409
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031