FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Parisdə "Qəlbim Qarabağdır" adlı tədbir keçirilib
6-10-2022, 08:25 | MƏDƏNİYYƏT
Parisdə "Qəlbim Qarabağdır" adlı tədbir keçirilib

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev tədbirdə çıxış edərək müharibənin keçmişdə qaldığını deyib. Tədbirdə səslənən musiqimizin, uşaqların sərgilənən əl işlərinin sülhə çağırış, eyni zamanda, bu gün ən vacib məsələnin iki xalq arasında sülhün bərpası olduğunu diqqətə çatdırıb. Bildirib ki, sülhün bərpasında Fransanın da iştirakı əhəmiyyətlidir.

ADA-nın prezidenti, Fransa parlamentinin fəxri üzvü Jerom Lamber bu ölkədə fəaliyyət göstərən ermənipərəst ekstremist qrupların fəaliyyətinə toxunaraq, Azərbaycanın Parisdəki səfirliyinə hücumu bir daha pisləyib, belə əməllərin sülhə aparan yolda maneə olduğunu vurğulayıb.

Fransanın Azərbaycanda ilk səfiri Jan Perən ölkəmizin parlaq gələcəyinə hər zaman inandığını bildirərək, regionda sülhün və əmin-amanlığın yaranacağına əminliyini vurğulayıb.

Sonra tədbir iştirakçılarına "Qəlbim Qarabağdadır" adlı sərgi çərçivəsində layihənin rəhbəri Sona Quliyeva tərəfindən 8-15 yaşlı uşaqların Şuşa şəhəri və Qarabağla bağlı 19 rəsm əsəri təqdim edilib.

Azyaşlı rəssamların əl işlərində Qarabağın füsunkar təbiəti, mədəni irsi, abidələri təsvir edilib.

Qeyd edək ki, "Qəlbim Qarabağdır" adlı rəsm sərgisi bundan əvvəl Almaniya, Avstriya, Belçika və Macarıstanda da nümayiş olunub.

Konsert proqramında beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə Azərbaycanın klassik bəstəkarları Qara Qarayev və Fikrət Əmirovun əsərlərini, həmçinin, Ramin Quliyevin Azərbaycan uğrunda həlak olan əsgərlərin xatirəsinə bəstələdiyi balladanı, Pikə Axundovanın "Salam Şuşa", Sevda Məmmədlinin Laçından ballada kimi musiqi əsərlərini ifa edib.




Baxış sayı: 431
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30