FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Şuşa Qarabağın dünəni, bu günü, sabahı”
5-10-2022, 08:40 | MƏDƏNİYYƏT
“Şuşa Qarabağın dünəni, bu günü, sabahı”

Muzeydən  bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat mədəniyyət paytaxtımız Şuşanın bazarlarına həsr olunub.

Orta əsrlər Azərbaycan memarlığının ən yaxşı üslub və ənənələri əsasında salınmış Şuşa qala şəhərinin bazarları milli koloriti və bənzərsizliyi ilə seçilirdi. Ticarət yollarından biri də buradan keçdiyi üçün şəhərdə müxtəlif təyinatlı bir neçə bazar yaranıb formalaşmış, bu bazarlar əsas küçələrin kəsişdiyi yerlərdə tikilmişdi. Şəhərin hər bir məhəlləsində də kiçik bazar¬lar fəaliyyət göstərirdi və bunlara da “bazarçe”, yəni “kiçik bazar” deyilirdi. XIX və XX əsrlərdə Şuşada bir sıra bazarlar var idi. Bu bazarlardan “Rastabazar” şəhərin baş ticarət küçəsi idi. Mərkəzdən keçən və Qala boyu uzanan bu düz küçə ən böyük ticarət obyektlərindən sayılırdı. Şuşanın ən məşhur tacirlərinin arşın malı, ayaqqabı, paltar, dərzi, çəkməçi, qəssab, tərəvəz, bəzzaz, nüsxəbənd, papaqçı, əttar dükanları burda yerləşirdi. “Rastabazar”ın başlanğıcından sahə “bazar başı”, qurtaracağındakı ərazi isə “meydan” adlanırdı.

“Şeytanbazar” şəhər meydanındakı karvansaranın qarşısından başlayaraq “Cıdır düzü” istiqamətində uzanan ikinci düz küçədir. Burada, əsasən, dəmirçi və nalbənd dükanları yerləşirdi.

“Həftə bazarı” şəhərdə yalnız bazar günləri fəaliyyət göstərən yarmarka tipli bazar olub. Həftəbazarları arasında ticarət işlərini, əsasən çarvadarlar və xırdavatçılar yerinə yetirirdilər.

“Qapandibi” Şuşanın ilk böyük ticarət komplekslərindən biri idi, “Böyük bazar”, “Böyük tərəzi” demək idi. Bəzən onu “Aşağı bazar” və ya “Aşağı meydan” adlandırırdılar. Meydanın bir tərəfində faytonçular, digər tərəfində isə arabaçılar dayanırdı. Ötən əsrin XX illərinə qədər fəaliyyət göstərən “Qapandibi bazarı” uzun illər Şuşanın satış bazası funksiyasını yerinə yetirib və şəhər iqtisadiyyatının inkişafında mühüm rol oynayıb. Lakin təəssüflər olsun ki, şəhərin tarixi-memarlıq abidələri arasında önəmli yeri olan bu tikililər erməni vandalizminə hədəf olmuş, tamamilə dağıdılıb.




Baxış sayı: 571
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031