FACT-INFO.AZ » XƏBƏR » “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 120-ci kitabı çapdan çıxıb
5-10-2022, 07:30 | XƏBƏR
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 120-ci kitabı çapdan çıxıb

Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 120-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı mayın 28-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə iştirak etdiyi “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalında söyləyib. Yeni kitaba Azərbaycan və Türkiyə liderlərinin festivalda çıxışlarının mətni, “ASAN xidmət” və “Bilim Bakı” mərkəzlərinin açılış mərasimində iştirakına dair materiallar daxil edilib.

Fact-info.az xəbər verir ki, çoxcildliyin 120-ci kitabında 2022-ci ilin may-iyul aylarını əhatə edən materiallar toplanıb. Nəşrin leytmotivini Azərbaycan Prezidentinin “Vətən müharibəsi bizim şanlı tariximizdir!” fikri təşkil edir.

Bu cilddə Prezident İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimində iştirakı, iki ölkənin prezidentlərinin məhdud və geniş tərkibdə görüşləri, sənədlərin imzalanması mərasimi haqqında informasiyalar, mətbuata bəyanatların mətni yer alıb. Azərbaycan Prezidenti Daşkənddə, həmçinin “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olub, Ürgənc və Xivə şəhərlərinə səfər edib. Bütün bunlar barədə yeni nəşrdə məlumat almaq mümkündür.

Yeni kitaba dövlətimizin başçısının Türkmənistana səfəri, Aşqabadda keçirdiyi görüşlər haqqında informasiyalar, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışının mətni də daxil edilib.

Prezident İlham Əliyev iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub, komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış edib. Həmçinin “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılış mərasimində iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə bağlı görülən işlərlə tanış olub. Prezidentin iştirakı ilə Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun, “İstisu” sanatoriyasının təməli qoyulub. Bütün bunlar və dövlətimizin başçısının Laçın rayonunda “Qorçu” elektrik yarımstansiyasında, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri və “Həkəriçay” su anbarı layihəsi ilə tanışlığına dair xəbərlər 120-ci kitabda əksini tapıb.

Oxucu bu kitabda Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi” çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışının, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda nitqinin, habelə “Azərbaycan–Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətinin mətnləri ilə də tanış ola bilər.

“Azərnəşr” tərəfindən buraxılan 120-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.




Baxış sayı: 492
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031