FACT-INFO.AZ » SİYASƏT » “Ermənistanın qeyri-qanuni fəaliyyətinə beynəlxalq reaksiyanın olmaması cəzasızlıq mühitinə yol açır”
30-07-2016, 08:25 | SİYASƏT
“Ermənistanın qeyri-qanuni fəaliyyətinə beynəlxalq reaksiyanın olmaması cəzasızlıq mühitinə yol açır”

Bu fəaliyyətlərə Ermənistan və xarici ölkələrdən gətirilən şəxslərin məskunlaşdırılması, tarixi və mədəni irsin məhv edilməsi və ya özününküləşdirilməsi, qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər, işğal edilmiş ərazilərdəki təbii sərvətlərin talan və istismar edilməsi daxildir.

 APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin qurumun Daimi Şurasının iclasında Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyətlə bağlı bəyanatda deyilir.

 Bəyanatda bildirilir ki, qeyd edilən fəaliyyətlərin münaqişənin siyasi tənzimlənməsi istiqamətində addımlar atıldığı bir zamanda davam etməsi narahatlıq doğurur: “Ermənistanın həyata keçirdiyi bu qeyri-qanuni fəaliyyətlərə adekvat beynəlxalq reaksiyanın olmaması cəzasızlıq mühitinə yol açır. Sübutlar onu göstərir ki, Ermənistan birbaşa öz vasitələri və dolayısı ilə işğal etdiyi ərazilərdə yaratdığı separatçı rejim və erməni diasporunun köməyi ilə bu fəaliyyətləri davam etdirməklə yanaşı bu qeyri-qanuni fəaliyyətlərin miqyasını genişləndirir. Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə Suriya ermənilərinin yeni məskunlaşma dalğası ilə bağlı məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. İyulun 24-də separatçı rejimin nümayəndəsi Bako Saakyan Zabux çayı üzərində su elektrik stansiyasının tikintisini yoxlamaq məqsədilə Laçın rayonuna səfər edib. Səfər zamanı Saakyan regional administrasiyanın nümayəndələri ilə görüşərək bu məsələni müzakirə edib. Həmçinin, birbaşa və ya dolayısı ilə bəzi xarici şəxslərin qeyri-qanuni iqtisadi, kommersiya və digər fəaliyyətlərə cəlb olunması ilə bağlı sübutlar mövcuddur".

 Bəyanatda həmçinin qeyd edilib ki, Azərbaycan ATƏT-ə üzv dövlətləri, onun müvafiq qurumlarını, institutlarını və ATƏT-in İrəvan ofisi də daxil olmaqla,ATƏT-in sahə missiyalarını Ermənistanı beynəlxalq öhdəliklərinə riayət etməsi üçün məcbur etməyə çağırır.




Baxış sayı: 1 607
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031