Bunu Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatında deyib.
O bildirib: “Cənab Əliyevin bu rəsmi səfərinin ikiqat rəmzi var. Birincisi, biz bu il diplomatik münasibətlərimizin 30 illiyini qeyd edirik. İkincisi, bu səfər çərçivəsində sabah - oktyabrın 1-də biz rəsmi olaraq Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışını qeyd edəcəyik. Həmin interkonnektor - bu strateji layihə həm bizim ölkə, həm də Şərqi Avropa üçün çox mühüm layihədir. Bu interkonnektor bizə ilk dəfə olaraq Azərbaycandan təbii qaz almağa imkan verəcək. Bu, təbii ki, Avropanın enerji xəritəsini dəyişdirəcək. Bu, elə bir infrastruktur layihəsidir ki, biz təkcə ölkələrimiz arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirə biləcəyik. Həmin bu layihə vasitəsilə biz strateji tərəfdaşlığımızı bir daha təsdiq edirik”.
Baxış sayı: 391
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

