FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Vyanada “Qəlbim Qarabağdadır” adlı sərginin açılışı olub
27-09-2022, 09:20 | MƏDƏNİYYƏT
Vyanada “Qəlbim Qarabağdadır” adlı sərginin açılışı olub

Azərbaycanın Avstriyadakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və “Arts Council Azerbaijan” təşkilatının birgə keçirdiyi sərgidə “Şuşa İli” çərçivəsində 8-15 yaşlı uşaqların Qarabağa həsr etdikləri rəsm əsərləri nümayiş olunub.

Açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova sərgi haqqında məlumat verib. Həmçinin qeyd edib ki, Mədəniyyət Mərkəzi incəsənətə yeni qədəm qoyan gənclərin dəstəklənməsini daim diqqət mərkəzində saxlayır və təqdim olunan əsərlərdə rəng koloriti Azərbaycan gənclərinin Qarabağ sevgisini və onların Vətən torpağına ülvi hisslərini təcəssüm etdirir.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli çıxışında bildirib ki, “Qəlbim Qarabağdadır” sərgisi unikal xarakter daşıyır, çünki onun təqdimatı Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı iki mühüm hadisəyə həsr olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilmiş Anım Günü, habelə bu il Azərbaycanda qeyd edilən “Şuşa İli” sərgidə nümayiş olunan əsərlərin mahiyyəti və bədii ruhu ilə səsləşir.

Səfir qonaqlara bu il 270 illik yubileyi qeyd olunan və Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin şanlı tarixi, Azərbaycan mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, “Qafqazın konservatoriyası” adını daşıyan Şuşa bu gün öz tarixi-mədəni görkəmi və əhəmiyyətini geri qaytarır, gələn il bu şəhər bütün Türk dünyasının mədəniyyət paytaxtı olacaq. Məhz bu kontekstdə Azərbaycan gənclərinin fırçası ilə Qarabağ bölgəsində sülhə həsr edilmiş və gələcəyə doğru müsbət rəng çalarları və emosiyaların əks olunduğu əsərlər sərgidə yer alıb. Şəhidlərinin xatirəsinə ehtiram göstərən Azərbaycan gəncləri sülh və daha yaxşı dünya naminə sarsılmaz ümidlərini incəsənətin dili, rənglərin sehrli dünyası ilə canlandırırlar.

“Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov bildirib ki, təşkilatın əsas hədəfi Azərbaycanın mədəni dəyərlərini bütün dünyada təbliğ etməkdir. “Şuşa İli” çərçivəsində təşkilat tərəfindən müxtəlif səpkili mədəni layihələr hazırlanıb. Təqdim olunan sərgi Vyanadan sonra Avropanın bir sıra ölkələrində də nümayiş etdiriləcək.

Tədbirdə tanınmış pianoçu, beynəlxalq müsabiqələr laueratı Səidə Tağızadə Azərbaycan bəstəkarlarının Qarabağ və vətənpərvərlik mövzusunda əsərlərini ifa edib. Bəstəkarlar Qara Qarayev və Fikrət Əmirovun əsərləri ilə yanaşı, Ramin Quliyevin Azərbaycanın şəhid əsgərlərinin xatirəsinə həsr etdiyi ballada, Pikə Axundovanın “Salam, Şuşa!” və Sevda Məmmədlinin “Laçın balladası” xüsusi maraqla qarşılanıb.




Baxış sayı: 459
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031