FACT-INFO.AZ » SİYASƏT » Aleksey Fenenko: "Rusiyanın rəsmi mövqeyi Ermənistandan çox Azərbaycanın mövqeyinə yaxındır"
29-07-2016, 08:45 | SİYASƏT
Aleksey Fenenko: "Rusiyanın rəsmi mövqeyi Ermənistandan çox Azərbaycanın mövqeyinə yaxındır"

"Dağlıq Qarabağ münaqişəsində Rusiyanın rəsmi mövqeyi Ermənistandan çox Azərbaycanın mövqeyinə yaxındır".

Bu sözləri Rusiyanın "Mediametrics" radiostansiyasına müsahibəsində Rusiyanın Valday klubunun eksperti, Rusiya Elmlər Akademiyasının Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun aparıcı elmi işçisi, Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya Siyasət fakültəsinin dosenti Aleksey Fenenko deyib.

"Rusiyanın mövqeyi üç hissədən ibarətdir. Birincisi, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyır və rəsmi olaraq Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edirik. İkincisi, biz problemin hərbi yolla həllinə qarşıyıq. Üçüncüsü, Rusiya və KTMT-nin Ermənistana verdiyi zəmanətlərin heç biri Qarabağ məsələsində qüvvəyə minmir. Bunu anlamaq üçün təkcə Rusiya Xarici işlər Nazirliyinin bəyanatını oxumaq kifayətdir", - deyə rusiyalı ekspert bildirib.

Onun sözlərinə görə, Moskvada Sarqsyana qarşı narazılıqlar artır. "Ancaq Ermənistana daimi təzyiq eləsək ölkə, sadəcə, partlayacaq və biz anti-Rusiya meyilli daha bir dövlətlə qarşılaşacağıq", - deyə o vurğulayıb.

A.Fenenkonun fikrincə, aprel ayında Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin gərginləşməsi problemin Madrid prinsipləri əsasında həllinin mümkünlüyünü birdəfəlik "dəfn etdi" və açıq-aydın Azərbaycan ordusunun qüdrətini nümayiş etdirdi.

"Azərbaycan göstərdi ki, müharibənin taleyi bu illələrdə Ermənistanda çoxlarının düşündüyü kimi, hələ həll olunmayıb. Üstəlik, Azərbaycan hərbi əməliyyatların başlayacağı təqdirdə real ön cəbhəni yarıb müharibəni Qarabağın dərinliyində davam etdirə biləcəyini göstərdi", - deyə o bildirib.

Rusiyalı ekspert Moskvanın Azərbaycanla müqayisdə Ermənistana daha çox təzyiq göstərdiyini söyləyib.

"Ermənistan prezidenti Serj Sarqsyan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana geri qaytarmalı olacaq", - deyə politoloq bildirib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların detallarının niyə ciddi şəkildə sirr kimi saxlanılmasıyla bağlı suala A.Fenenko Rusiyanın Ermənistanda buna göstəriləcək reaksiyadan çəkindiyini bildirərək cavab verib.

O, eyni zamanda Rusiya hakimiyyətinin ölkə ictimaiyyətində Kremlin daha bir müttəfiqini satması ittihamı ilə baş qaldıracaq narazılıqdan da qorxduğuna işarə vurub. "Ona görə də hər hansı konkretlik vəziyyəti axarından çıxara bilər", - deyə ekspert vurğulayıb. /Report/

 

 




Baxış sayı: 1 418
“Çal qılıncın, yetdim!.." Dünən, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib Dünən, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib Dünən, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib Dünən, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb Dünən, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb Dünən, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır Dünən, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər Dünən, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub Dünən, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb 23-09-2026, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb 22-09-2026, 21:30 MEK elektron xidmətlərini təqdim edir 22-09-2026, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb 22-09-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930