Filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, rejissoru Mübariz Nağıyev, operatoru Fahir İmamquliyevdir.
“Tarix yazan igidlərimiz" sənədli filmi Şəhidlərimizdən bəhs edir. 44 günlük Vətən müharibəsində böyük fədakarlıq göstərən Həsənağa Şirvaninin doğulub boya-başa çatdığı məkanda ilk çəkiliş oldu. Həsənağa cəmi 18 il yaşayıb. Həyatının ən gözəl çağında böyük qəhərəmanlıqlar göstərərək Şəhidlik zirvəsinə ucalıb. Onun bu igidlik dastanından döyüş yoldaşları, yaxınları danışıb.
Filmdə müraciət etdiyimiz digər qəhrəman I və II Qarabağ müharibəsinin əfsanəvi döyüşçülərindən biri olan baş leytenant Samir Təyyub oğlu Şükürovdur. Onun döyüş yoluna hər iki müharibənin iştirakçıları, Samirin döyüş yoldaşları nəzər salıb. Şəhidlərimizin döyüş yolu, mübarizəsi bir dastandır.
Düşünürük bu layihədə də Şəhidlərimizin əziz xatirəsinə ehtiramımızı bildirirək “Tarix yazan igidlərimiz" sənədli filmini yüksək səviyyədə ərsəyə gətirəcəyik. Gənclərin dünyagörüşünə, həyata baxışına belə filmlər təsir etmək gücündə olacaq. Bu baxımdan qəhrəmanlarımızın həyat yolu və döyüş anlarından bəhs edən filmi çəkmək strateji mahiyyət kəsb edir.
Filmin çəkilişi növbəti həftə davam edəcək.
Baxış sayı: 467
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

