FACT-INFO.AZ » SİYASƏT » Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür
23-09-2022, 10:20 | SİYASƏT
Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür

Fact-info.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi KİV-in 1965-ci il “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya üzrə Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilmiş yeni müraciətinə dair sorğusunu cavablandırarkən bildirib.

XİN xatırladıb ki, ötən ilin sentyabr ayında Azərbaycan Ermənistana qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə dövlətlərarası iddialar qaldırıb:

"Məhkəmə Azərbaycanın verdiyi vəsatətlər əsasında 7 dekabr 2021-ci il tarixində Ermənistana qarşı müvəqqəti tədbirlərə dair yekdilliklə qərarlar qəbul etmişdir. Belə ki, məhkəmə Ermənistana, Azərbaycan vətəndaşlarına və Azərbaycan əsilli şəxslərə qarşı təşkilatlar və fərdlər də daxil olmaqla, Ermənistan ərazisində nifrət nitqi zəminində irqi ədavətin təşviqi və qızışdırılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsini, habelə mübahisəni gərginləşdirə və ya uzada biləcək, o cümlədən həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinmək tapşırığını vermişdir.

Məhkəmənin bu qərarının qəbul edilməsinə əsas Ermənistan tərəfindən revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlar edən şəxslərin və etnik-milliyyətçi qrupların (əsasən VOMA, POGA və sair) məsuliyyətə cəlb edilməməsi, onların fəaliyyətinin bəzi hallarda Ermənistanın dövlət orqanları tərəfindən təşviq edilməsi, təşkilat fəallarının mükafatlandırması ilə bağlı Azərbaycan tərəfindən təqdim edilmiş dəlil və sübutlar olmuşdur.

Məhkəmənin bu qərarlarına baxmayaraq, Ermənistan 2022-ci ildə öhdəliklərini kobud şəkildə pozmağa davam etmiş, ölkə ərazisində revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlara qarşı heç bir əməli tədbirlər görülməmiş, hərbiləşmiş qanunsuz birləşmələr Azərbaycana və azərbaycanlılara qarşı fəaliyyətlərini davam etdirmişdir. Onu demək kifayət edir ki, cari ilin aprel ayından başlayaraq Ermənistanda ölkədaxili nümayişlər zamanı səsləndirilən və azərbaycanlılara qarşı yönəlmiş əsas şüar “Türksüz Ermənistan” olmuşdur.

Eyni zamanda, Laçın şəhəri, rayonun Zabux və Sus kəndləri Azərbaycanın tam nəzarətinə keçməzdən öncə işğal dönəmində orada qanunsuz məskunlaşmış erməni əsilli şəxslər azərbaycanlılara qarşı etnik nifrətlərini azərbaycanlılara məxsus olmuş evlərin yandırılması, meşələrin məhv edilməsi ilə nümayişkaranə şəkildə göstərmişdir. Ermənistan hökuməti bu halların qarşısını almaq və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxsləri məsuliyyətə cəlb etmək istiqamətində bugünədək heç bir əməlli tədbirlər görməmişdir.

Bundan əlavə, Laçın rayonunda aparılan minatəmizləmə fəaliyyəti zamanı 2021-ci ildə Ermənistanda istehsal olunmuş 1400-ə qədər mina aşkar olunmuşdur. Minaların basdırıldığı ərazilərin mütləq əksəriyyəti vaxtilə azərbaycanlıların yaşadıqları kənd və qəsəbələrdir. Bu təxribatın da əsas məqsədi məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının qarşısını süni şəkildə əngəlləməkdir.

Ermənistan tərəfindən beynəlxalq məhkəmənin 2021-ci ilin 7 dekabr tarixli qərarlarının kobud şəkildə pozulduğunu sübut edən bu dəlillər bu gün rəsmi olaraq beynəlxalq məhkəməyə təqdim edilmişdir.Azərbaycan, Ermənistan tərəfindən işğal dövrü zamanı törədilmiş, habelə hazırda törədilməsi davam edən cinayətlərə hüquqi qiymətin verilməsi üçün bütün mümkün beynəlxalq mexanizmlərdən istifadəni təmin edəcək".




Baxış sayı: 407
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031