FACT-INFO.AZ » XƏBƏR » QHT yeni layihəyə start verdi
22-09-2022, 11:30 | XƏBƏR
QHT yeni layihəyə start verdi

 Layihə çərçivəsində yeni texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə xüsusi qabiliyyətə malik yeniyetmə və gənclərin cəmiyyətə tanıdılması, onların intellektual fəaliyyətlərinin təbliği və stimullaşdırılması məqsədilə “chevik.az” saytının yaradılması və onun fəaliyyətinə layihə iştirakçıları olan məktəblilərin fəal şəkildə cəlb edilməsi nəzərdə tutulub. İctimai Birliyin sədri Könül Quliyeva layihənin məqsədini bu cür əsaslandırır: “Xüsusi istedada malik olan məktəblilər adətən orta məktəbdə yüksək bilik və bacarıqlar əldə edib təhsillərini ali məktəblərdən birində davam etdirmək arzusundadırlar. 

Onlar mütəmadi olaraq məktəblilər üçün keçirilən fənn olimpiadalarında, bilik müsabiqələrində fəal iştirak edir, yüksək yer tutmağa cəhd göstərirlər. Onların bilik və bacarıqları, xüsusi qabiliyyətə malik olmaları barədə məlumatlar, bir qayda olaraq, ailə və məktəb hüdudlarından kənara çıxmır, həmyaşıdlarına, ümumilikdə isə cəmiyyətə yetərincə təqdim edilmir və təbliğ olunmur. Nəticədə xüsusi qabiliyyət itirilmiş, istedadlı gənc unudulmuş olur. Nəzərə alaq ki, xüsusi qabiliyyətə malik məktəblilər elə məktəb illərində öz istedadlarını təbliğ və inkişaf etdirməyə dəstək ala biləcəkləri təqdirdə onlar nəinki ölkəmizdə, hətta beynəlxalq aləmdə öz bilik və bacarıqları, kəşfləri və ixtiraları ilə məşhurlaşa bilərlər. Yeni texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə dünyanın bir çox ölkələrində xüsusi qabiliyyətə malik yeniyetmə və gənclərin cəmiyyətə tanıdılması, onların intellektual fəaliyyətlərinin təbliği və stimullaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir və bu təcrübədən faydalanmaqla  ölkəmizdə insan kapitalının zənginləşməsinə dəyərli töhfə vermiş olarıq”. QHT sədri yeni saytda davamlı olaraq “Elm və texnika yenilikləri”, “Azərbaycançılıq: tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz”, “Sağlam həyat tərzi”, “Dahilər və tanınmışlar”, “İdeyalar bankı” və digər rubrikaların layihə iştirakçıları olan məktəblilərin özləri tərəfindən idarə ediləcəyini bildirib. 

Qeyd olunub ki, bu cür yanaşma gənclərə istedadlı həmyaşıdlarını cəmiyyətə tanıtmaq bacarığnı aşılamaqla yanaşı, onlarda sosial şəbəkələrdə ünsiyyət mədəniyyətinin formalaşmasına, asudə vaxtlarının səmərəli və faydalı təşkilinə köməklik göstərə bilər. Təşkilat sədrinin sözlərinə görə, bu ilin sentyabr-noyabr aylarında icra ediləcək layihə Bakı Şəhər Baş Təhsil İdarəsinin əməkdaşlarının, layihə iştirakçıları olan istedadlı məktəblilər və onların müəllimlərinin, Agentlik və KİV nümayəndələrinin iştirakı ilə keçiriləcək dəyirmi masa ilə yekunlaşacaq. Layihə çərçivəsində yaradılacaq “chevik.az” saytının fəaliyyəti isə davamlı olacaqdır.




Baxış sayı: 443
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031