FACT-INFO.AZ » XƏBƏR » ABŞ Azərbaycanlıları Şəbəkəsi Ermənistan ordusunun son təxribatları ilə əlaqədar kampaniya keçirir
14-09-2022, 09:30 | XƏBƏR
ABŞ Azərbaycanlıları Şəbəkəsi Ermənistan ordusunun son təxribatları ilə əlaqədar kampaniya keçirir

ABŞ Konqresi üzvləri və Bayden administrasiyasına ünvanlanmış müraciətlərdə deyilir ki, sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan Respublikası ilə həmsərhəd olan Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutmağa başlayıb. Qeyd olunur ki, bir neçə gün əvvəl Avropa İttifaqı Şurasının Prezident Şarl Mişel Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması istiqamətində konkret addımları müzakirə etmək və yekunlaşdırmaq üçün Brüsseldə baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyevlə üçtərəfli görüş keçirib. Prezident Ş. Mişel görüş zamanı baş tutan “mübadilələri açıq və konstruktiv” adlandırıb. Bildirilir ki, eyni zamanda, sentyabrın 12-də İsrail və Azərbaycan bəyan ediblər ki, Avropaya təbii qaz təminatını 10-30 faiz artıracaqlar.

Lakin təəccüblü deyil ki, Vladivostok forumundan Yerevana qayıdan Nikol Paşinyan Brüsseldə əldə edilən pozitiv nəticələri rədd edib və Ermənistan qoşunları Avropaya gedən neft və qaz kəmərlərinin keçdiyi əraziyə yaxın yerləşən Azərbaycan mövqelərini atəşə tutmağa başlayıblar. Müraciətdə, həmçinin deyilir ki, ötən illərdən Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Həmçinin Vaşinqtonun Avropadakı müttəfiqlərinə bu önəmli yardımın qarşısını almaq üçün Ermənistan müəyyən tərəflərin dəstəyi ilə dəfələrlə “qabaqcıl zərbələr” vurmaqla və Azərbaycana “böyük ziyan vurmaqla”, o cümlədən ölkədə Qərb şirkətləri tərəfindən idarə olunan neft və qaz infrastrukturunu vurmaqla rəsmi Bakını hədələyib. Vurğulanır ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Azərbaycan ordusu Ermənistanın son silahlı təxribatlarına çevik reaksiya verib və düşməni neytrallaşdırıb. Buna baxmayaraq, Ermənistanın törətdiyi silahlı təcavüzü pisləmək çox vacibdir.

Qeyd olunur ki, Bayden Administrasiyası rəsmi Yerevana təzyiq göstərməli, ondan beynəlxalq hüquq normalarına uyğun hərəkət etməsini və Azərbaycana qarşı hücumlarının dayandırmasını tələb etməlidir. Bildirilir ki, ABŞ öz tərəfdaşlarının təhlükəsizliyini, Cənubi Qafqazdakı milli maraqlarını qorumalıdır.




Baxış sayı: 595
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30