Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı zamanı tərəflər arasında bölgədə cari vəziyyət və sərhədboyu Ermənistanın Azərbaycana qarşı növbəti təxribatları nəticəsində yaranmış gərginlik müzakirə olunub.
Nazir Ceyhun Bayramov Ermənistanın öhdəliklərini kobud şəkildə pozaraq genişmiqyaslı təxribatlar törətdiyini və mövqelərimizin intensiv atəşə tutulması nəticəsində 50 hərbçimizin şəhid olduğunu, bu təxribatların Ermənistan tərəfindən son aylarda davam edən provokasiyaların tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünün qorunması məqsədilə hərbi təxribatlara adekvat cavab tədbirləri həyata keçirdiyi vurğulanıb.
Telefon söhbəti zamanı ali nümayəndə Cozef Borel yaranmış gərginliklə bağlı narahatlığını ifadə edib. Borel Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında danışıqların davam etməsinin vacib olduğunu qeyd edib. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın 14 sentyabr tarixində bölgəyə səfər etmək niyyətini diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Baxış sayı: 400
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

