Tədbirdə Türkiyədən ədəbiyyat, söz sənət adamları, o cümlədən millət vəkili Fatma Yıldırım da iştirak edib. Tədbir iştirakçıları ilə bərabər Bərdə rayonunun şəhid ailələrinin üzvləri ilə birlikdə Bərdə Şəhidlər Xiyabanını ziyarət edilib. Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi yad olunub, məzarları önünə əkili, gül dəstələri qoyulub.
Eyni zamanda, 44 günlük Vətən müharibəsində erməni terrorunun qurbanı olmuş mülki insanların xatirə kompleksini də ziyarət edilib
Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Bərdə Mədəniyyət Evində keçirilən tədbirdə iştirak edən qonaqlarla qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Türkiyənin “Türk Ədəbiyatı” dərgisinin baş redaktoru, yazıçı İmdat Avşar və Türkiyədəki “Əhməd Yəsəvi Dərnəyi”nin rəhbəri Fatma Sönməz çıxış ediblər.
Tədbirdə Q.Paşayeva və F.Ələkbərlinin müəllifi olduğu “Qarabağdan doğan Günəş və Ay. Xurşidbanu Natəvan. Fatma xanım Kəminə”, habelə İ.Avsarın"Güverçin sevdası" kitabı qonaqlara təqdim edilib.
Baxış sayı: 459
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

