FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Özbəkistanda Şah İsmayıl Xətaiyə dair unikal layihə
7-09-2022, 10:10 | MƏDƏNİYYƏT
Özbəkistanda Şah İsmayıl Xətaiyə dair unikal layihə

Azərbaycanlı gənc alim, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə tərəfindən aparılan araşdırmalarda Azərbaycan ədəbiyyatına dair xeyli əlyazma nüsxələri aşkarlanmışdır.

Qeyd olunan nəşrlərin arasında böyük Azərbaycan hökmdarı, dahi şair Şah İsmayıl Xətayinin anadilli “Divan”ının Daşkənd nüsxəsi transfoneliterasiya edilərək Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə nəfis şəkildə nəşr edilmişdir.

1535ci ilə aid incə nəstəliq xətti ilə köçürülmüş Xətayinin anadilli “Divan”ının bu əlyazma nüsxəsi təkcə sərkərdə-şairin əsərlərinin gözəlliyi və qədimliyi baxımından deyil, habelə Azərbaycan kitabının ən gözəl, unikal bir nümunəsi olması yönündən də çox dəyərli mənbədir.


Əlyazmanın xəttatı Azərbaycan xəttatlıq məktəbinin görkəmli nümayəndələrindən biri Şah Mahmud Nişaburidir. Əlyazmada Azərbaycan xəttatlığının, nəqqaşlığının, klassik kitabişləmə sənətinin gözəl və dəyərli elementləri öz əksini tapmışdır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi çərçivəsində çap olunan “Xətayi “Divan”ının Daşkənd nüsxəsi”nin fotofaksimilelinin nəşri mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin dünyada tanıdılması öz keçmişimizə, milli dəyərlərimizə sahib çıxmaqla yanaşı, sözügedən zəngin irsimizin gələcək nəsillərə ötürülməsi, təbliği istiqamətində olduqca əhəmiyyətlidir.

Nəşrə «Ön söz» yazan mədəniyyət naziri Anar Kərimov Azərbaycan xalqının şanlı dövlətçilik tarixinə, zəngin mədəniyyətə, rəngarəng incəsənətə, bütün dünya ədəbiyyatına təsir edə biləcək əsrarəngiz ədəbiyyata sahib olduğunu qeyd edir.

Nazir vurğulayır ki, Xətayi klassik Azərbaycan poeziyasının istedadlı şairi, incəsənət bilicisi olaraq xalqımıza Azərbaycan dilinin ən gözəl inciliərindən ibarət poetik nümunələr miras qoymuşdur. O, söz, sənət ustadı olan böyük sərkərdənin qələmindən süzülüb gəlmiş poetik nümunələrin neçə yüzillərdir ki, klassik poeziyamızda, aşıq yaradıcılığında, musiqimizdə, incəsənətimizdə öz dərin təsirini göstərdiyini qeyd edir. Ön sözdə yazılır ki, şairin yaradıcılığı Azərbaycan dilinin tarixi inkişaf mərhələsini öyrənən dilçi alimlərimiz üçün də əsas meyar və zəngin bir mənbədir.

Qeyd edək ki, Şah İsmayıl Xətayinin anadilli “Divan”ının onlarla əlyazma nüsxələri dünyanın bir çox muzey və kitabxanalarında qorunub saxlanır. Bakı, Sankt-Peterburq, Paris, London, Berlin, Vatikan, Daşkənd, İstanbul, Qahirə, Tehran, Təbriz, Ərdəbil və s. şəhərlərdə də Xətayi əsərlərinin
25-ə yaxın qədim əlyazma nüsxələri vardır. Bu əlyazmalardan ikisi isə Özbəkistan Elmlər Akademiyası Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutunda qorunur ki, onlardan da biri prioritet nüsxədir. Həcmi 84 vərəq (168 səhifə) olan əlyazmanın səhifələri kənarları təhzib ornamentləri əks olunub. Əlyazmanın bütün səhifələrinin ətrafı və xüsusilə də “Divan”ın başlanğıcı zərif təhziblə bəzədilib. Mətn qızılı və mavi xətlərlə haşiyələnib, qara mürəkkəblə, başlıqlar qızılı və mavi mürəkkəblə, müəllifin adı, yəni təxəllüs isə hər yerdə qızılı mürəkkəblə işlənilib.

Xətayi əlyazmaları içərisində xüsusi seçilən anadilli “Divan”ın Daşkənd nüsxəsi alimlər tərəfindən yüksək qiymətləndirilmiş və tarixi baxımdan böyük dəyərə sahibdir. Bu səbəbdən də onun kitab halında nəşri zərurəti meydana çıxmışdır.

Sözügedən əlyazmanın fotofaksimileli nəşrində əsas məqsədlərindən biri də Xətayinin qeyd olunan əlyazma əsərinin timsalında Azərbaycan kitabının zəngin tarixi, kitabçılıq sənətimizdə incəsənətin, zövq və estetikanın yüksəkliyi, milli mədəniyyətimizdə kitaba verilən yüksək dəyərin ölçüsü, ümumilikdə isə Azərbaycan poeziyası ilə incəsənətin müştərək şəkildə meydana gətirdiyi maddi mədəniyyət nümunələrini təqdim etməkdir.

Ümumilikdə “Xətayinin anadilli “Divan”ının Daşkənd nüsxəsi” nəşri klassik Azərbaycan kitab mədəniyyətinin ən gözəl, zərif və nəfis incilərindəndir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, Azərbaycana dair qiymətli əlyazmaların tədqiqi və nəşrini həyata keçirmək üçün uzun müddətdir ki, mütəxəssilərlə birgə sistemli iş aparılır və Xətayi yaradıcılığı ilə yanaşı Azərbaycan poeziyasının korifeyləri Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi klassiklərimizin yaradıcılığına dair Özbəkistanda çoxsaylı əlyazma nüsxələri müəyyənləşdirilib və gələcəkdə onlara dair tədqiqat işləri, layihələr icra olunacaqdır.
Qeyd edək ki, yenicə çapdan çıxmış “Şah İsmayıl Xətayinin anadilli “Divan”ının Daşkənd nüsxəsi” adlı nəşrin Bakı və Daşkənddə geniş təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.




Baxış sayı: 471
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031