FACT-INFO.AZ » SİYASƏT » Mixail Qusman: Qalibiyyətli müharibə nəticəsində ali ədalət zəfər çaldı
6-09-2022, 09:30 | SİYASƏT
Mixail Qusman: Qalibiyyətli müharibə nəticəsində ali ədalət zəfər çaldı

 Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bu fikirləri “Real” telekanalına müsahibəsində söyləyib.

Həmvətənimiz olan məşhur rusiyalı jurnalist deyib: “Mənə ötən il Şuşada keçirilmiş “Xarıbülbül” Festivalında iştirak etmək xoşbəxtliyi nəsib olub. Ali ədalət zəfər çaldı. Orada biz hamımız sevincimizdən ağlayırdıq. Bu, daxildən gələn bir hiss idi. Bu gün Şuşa yeni görkəm alır. O vaxtdan bir il keçib və artıq üçüncü dəfə Şuşada olmuşam. İkinci dəfə Dünya Azərbaycanlılarının Qurultayında, üçüncü dəfə Mediaforumda. Yeni, dirçələn Şuşanın siması artıq görünür”.

Mixail Qusman Bakıya sevgisini bu sözlərlə ifadə edib: “Mən doğma şəhərim Bakını hədsiz sevirəm, Azərbaycan mənim tanrımdır. Mən Bakıda doğulmuşam, ömrüm boyu özümü bakılı adlandırmışam, 30 il Moskvada yaşamağıma baxmayaraq özümü moskvalı adlandırmamışam”.

Azərbaycanın ən yeni tarixində ən çətin illər haqqında sualın cavabında o bildirib ki, ən ağır illər belə adlandırılan Xalq Cəbhəsinin hakimiyyəti illəri olub. Çünki bu, Qarabağda separatçı hərəkatın başlanması ilə eyni vaxta düşüb: “Yadımdadır, Bakıda hərbi vəziyyətin tətbiq edilməsi dəhşətli idi. Mənə elə gəlirdi ki, Azərbaycan uçurum həddindədir. Xalqın faktiki olaraq ölkəni xilas etməyə çağırdığı Heydər Əliyevin siyasi dühası, siyasi iradəsi, siyasi qüdrəti olmasaydı, bəlkə də bu gün sizinlə söhbət edə bilməzdik. Ola bilsin danışardıq, amma Azərbaycan bu gün olduğu kimi azad, müstəqil və güclü olmazdı”.

Uzun illər Moskvada yaşamasına baxmayaraq, ənənəvi Azərbaycan dəyərlərinin ondan ötrü əhəmiyyətli olaraq qaldığını vurğulayan M.Qusman deyib: “Mən dostluq deyəndə bakısayağı dostluğu başa düşürəm. Moskvasayağı dostluq bir qədər fərqlidir. Mən dostluq anlayışını çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, dostların sayı az olsa da, onlar elə adamlar olmalıdırlar ki, sən onlara inanırsan, onlar da sənə inanır”.

Rusiya jurnalistikasının ağsaqqalı “Hakimiyyət formulu” proqramı üzərində işin spesifikliyi, bu verilişin qəhrəmanları olan dünya liderləri barədə danışaraq deyib: “Hakimiyyət formulu” – daha çox televiziya portretidir. Bu, ya ölkə fonunda qəhrəmanın portreti, ya da bəzən baş qəhrəman vasitəsilə ölkə haqqında söhbətdir. Mən iki dəfə Prezident Obama ilə, Prezident Qəddafi ilə müsahibə hazırlamaq şərəfinə nail olmuşam. Qəddafi ağır energetikalı insan idi, onunla müsahibəm çox çətin oldu. Obama söhbət üçün maraqlı adamdır. Ona görə ki, tamamilə adi ailədən olan bu sadə oğlan hakimiyyətin ən yüksək zirvəsinə çatanda onun qəlbində baş verənləri təsəvvür edə bilirdim. Mən ondan müsahibə götürəndən bir qədər əvvəl o, Senatın nümayəndə heyəti ilə birlikdə Bakıda olmuşdu. Sonradan biz Ağ evin dəhlizində kamera önündə, amma səssiz çəkiliş aparanda o, Bakıya səfərini xatırlayırdı. Görünür, mənim əslən bakılı olduğumu ona demişdilər. O, Bakını, Prezident İlham Əliyevlə görüşlərini xatırlayırdı. Səfərdən çox məmnun idi.

Mən öz müsahibimlə söhbət zamanı kəskin məqamlardan qaçmağa və ya onun xoşuna gəlməyə çalışmıram, digər tərəfdən xoşagəlməz suallar verməyi öz vəzifəm hesab etmirəm. Əgər siz maksimum parlaq, tamdəyərli portret çəkirsinizsə, ağıllı tamaşaçı bu şəxsin kim olmasını özü təyin edəcək. Təhrikedici suallar verməklə tamaşaçıya kömək göstərməyə çalışmaq lazım deyil”.

Mixail Qusman Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ilə müsahibələri barədə danışarkən deyib: “Mən öz müsahiblərimə tez-tez belə sual verirdim: “Hakimiyyət formulu nədir?” Rəhmətlik Heydər Əliyevdən müsahibə götürmək şərəfinə nail olmuşam. Bu, nadir hadisə idi. O, mənə yarım saat vaxt ayırmışdı, amma faktiki olaraq təqribən iki saat kamera qarşısında söhbət etdik. Mən soruşdum: “Sizin fikrinizcə hakimiyyət nədir, onun dadı-ləzzəti necədir?” O, əvvəlcə ciddiləşdi, bir qədər pauzadan sonra “acıdır” dedi, sonra isə ürəkdən güldü.

İlham Əliyev məsuliyyət barədə və xalqın sənə göstərdiyi etimada layiq olmağın zəruriliyi barədə suala çox dəqiq cavab verdi. Prezident İlham Heydər oğlu ilə üç dəfə söhbət etmək şərəfinə nail olmuşam. Bu müsahibələrlə çox fəxr edirəm”.




Baxış sayı: 446
“Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub Bu gün, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək Bu gün, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb Bu gün, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub Bu gün, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb Bu gün, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb Dünən, 21:30 MEK elektron xidmətlərini təqdim edir Dünən, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Dünən, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Dünən, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Dünən, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Dünən, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Dünən, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Dünən, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb 21-09-2026, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub 21-09-2026, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region 21-09-2026, 12:30 Bəzi sözlərin mənşəyi haqqında 21-09-2026, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu 21-09-2026, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir 21-09-2026, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib 21-09-2026, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub 21-09-2026, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN 21-09-2026, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb 21-09-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930