FACT-INFO.AZ » XƏBƏR » Şəhidlərin adına ehsan süfrəsi verildi
4-09-2022, 07:40 | XƏBƏR
Şəhidlərin adına ehsan süfrəsi verildi

Axund Hacı Kamran Nəcəfov şəhid ailələrini, qaziləri salamladı. Şəhidin qurandakı tərifindən danışdı: “Şəhid sözü ərəbcə bir kəlmədir. Bu kəlmənin mənası çox böyükdür. Mənası öz gözləri ilə görən, şahidlik edən deməkdir. Bu söz Quranda 50 yerdə keçir. Deyirlər cənnət anaların ayağının altındadır, bəli cənnətin bütün qapıları şəhidləri böyüdən, onları tərbiyə edən analara açıq olacaq.”

İlahiyyatçı alim Hacı Eldayaq Hüseynov dini kəlamlardan söhbət açdı:

– Müqəddəs kitabımızdan olan “Qurani-Kərim”də də belə deyilir: “Hamısıah yolunda öldürülənlərə ölü deməyin, onlar ölü deyil, diridirlər”. Şəhid sözünün Hamısıah yolunda canından keçən mənası da var ki, bu Hz. Peyğəmbər (s.a.v) tərəfindən işlədilmişdir: “Mən onların (şəhidlərin) Hamısıah yolunda canlarından keçdiklərinə şahid və şəfaətçiyəm”. Onlar bütün insanlığa örnək olacaq həyat yaşadı və əbədiyyətə qovuşmuş ömür qazandı. Gələcək nəsillərə onun haqqında fəxrlə danışa biləcəyimiz bir ömür. Hamısıah cəmi şəhidlərimizə rəhmət eləsin!                                                                         Dövlət qulluqçusu Elvin Dadaşov 44 günlük Zəfər tarixindən danışdı. “Həm birinci həm də ikinci Qarabağ müharibəsində oğullarımız Vətəni canları bahasına qorudular. Bu yolda şəhidlərimiz də oldu, müharibənin ağrı-acısını bədənində daşıyan qazilərimiz də. O igidlər ki, 30 illik işğala 44 gündə son qoydu  Vətənin köksündəki Qarabağ yarasını sağaltdı. Onun müqəddəs ruhu qarşısında baş əyirəm.”

Tədbirdə Azərbaycan Ordusunun mayoru şəhid Taleh Kərimovun həyat yoldaşı, Sumqayıt şəhər şəhid və qazi ailələrinin problemləri üzrə icra nümayəndəsi Nəzakət İsmayılova, şəhid kəşfiyyatçı kursant zabit Vüsal Muradovun anası Kəmalə Muradova, polkovnik-leytenant   şəhid  Quliyev Rəşadın anası Mətanət Quliyeva, gizir şəhid Elmar Nəsibovun anası Sürəyya  Mehdiyeva  əhid kəşfiyyatçı Nadir Rzayevin anası Aynur Rzayeva, Quba rayonunda yaşayan şəhid əsgər Eynulla Abdullayevin anası Tahirə Abdullayeva, Qax şəhərində yaşayan şəhid XTQ-nin çavuşu Ramil Abbasovun anası Aidə Abbasova, şəhid kəşfiyyatçı Təbriz Almmədovun anası Gülnarə Almmədova, I Qarabağ müharibəsinin könüllü döyüşçüsü Abbas Şahverdiyevin ömür-gün yoldaşı Rəmziyyə Şahverdiyeva    çıxışlarında şəhid anaları, ailələri adından bu cür tədbirlərin mütamadə keçirilməsində hər zaman şəhid ailələrini diqqətdə saxlayan General-mayor Hilal Nəcəfova və tədbirdə əməyi, zəhməti keçən hər kəsə şəxsi minnətdarlığını bildirdilər.  Tədbirdə iştirak edən Vətən qaziləri hər zaman Vətəninin keşiyində durmağı, xalqını qorumağı özlərinə borc olaraq bildirdilır. Ali Baş Komandan bu gün hucum əmrini versə torpaqlarımız üçün vuruşmağa hazırıq.

General-mayor Hilal Nəcəfov tədbir haqqında fikirlərini “XeberTıme.az” analitik informasiya portalına bildirdi:

– Yeganə xanım biz iki əsrin lideri olan cənab İlham Əliyevin yürütdüyü hərbi siyasətini dəstəkləyirik və hər zaman onun arxasındayıq. Ölkəmizin əldə etdiyi bütün uğurlar prezident İlham Əliyev düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir.

Diqqət və qayğımızı şəhid ailələrini və sağlamlığını Vətən, torpaq yolunda itirmiş qaziləri diqqətdə saxlayırıq. Ali Baş Komandanının yürütdüyü daxili siyasət bizi qələbəyə aparan milli birliyimizin formalaşmasına səbəb oldu. Və biz bu birliyi davam edərək qoruyub saxlamalıyıq.

Əsas məqsədimiz müxtəlif rayonlarda, ucqar kəndlərdə, şəhərdə yaşayan şəhid ailələrini və qaziləri bir araya toplamaq onların könlün xoş etməkdir. Hamısıah bütün şəhidlərimizə rəhmət eləsin, şəhid ailələrinə səbr, qazilərimizə can sağlığı versin.

Böyük qələbə ilə nəticələnmiş Vətən müharibəsi, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan qəhərəmanları unutmamalıyıq! Hər bir döyüşçümüz, zabit və əsgərimiz bizim üçün dəyərlidir.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Yeganə Telmanqızı               
“XeberTıme.az”




Baxış sayı: 486
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30