Regionda sülhün yaranması və geniş iqtisadi əməkdaşlıq üçün zamanın yetişəcəyi belə məqamda erməni biznesmen Ruben Vardanyanın zühur etməsi təsadüfi sayıla bilməz. Bunun arxasında həm Rusiyanın, həm də dünyada təşəkkül tapmış mənşəyi və mənbəyi bəlli olmayan mərkəzlərin qara planlarının olmasını daha çox ehtimal etmək olar.
Düşmən tərəfinin hansı planlar qurmasından, hansı təxribatlara əl atmasından asılı olmayaraq bizim millət, dövlət, cəmiyyət olaraq adekvat cavablarımız olmalıdır. Şuşa, Laçın digər ərazilərimizin azad olunması, strateji yüksəkliklərin nəzarətimiz altına keçməsi bizi arxayın etməməlidir. Tərxibatçı qüvvələrə qarşı uzunmüddətli mübarizə üçünimmunitet formalaşması ilə bərabər çox dəqiq və aydın proqramlar olmalıdır. Bu çox geniş mövzudur. Bu barədə növbəti yazımda ətraflı aydınlıq gətirəcəm.
Əlqərəz, Azərbaycanın strateji məkanı olan Qarabağda qeydiyyatı olan ermənilərin siyahıya alınması prosesinə start verilməlidir. Rus sülhməramlıların qarşısında bu məsələ kəskin şəkildə qaldırılmalıdır ki, kənar şəxslərin, yəni Azərbaycan vətəndaşlığı olmayan ermənilərin Xankəndinə gəlişi birmənalı şəkildə yasaqlanmalıdır.
Nəhayət biznesmen Ruben Vardanyanın və digər təxribatçı yanların Azərbaycan ərazisindən rədd olub getməsi məsələsi sürətlənməlidir.
Əkrəm Bəydəmirli
Baxış sayı: 479
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

