Bu fikirləri Brüssel görüşünün nəticələrini şərh edən deputat Azay Quliyev bildirib.
"Noyabr ayında əldə olunan nailiyyəti dəyərləndirmək və növbəti məsələləri müzakirə etmək üçün təkrar görüşün keçirilməsi haqqında qərarın verilməsi isə Brüssel danışıqlar formatının ən uğurlu və işlək format olduğunu bir daha nümayiş etdirdi", - parlamentari vurğulayıb.
Onun sözlərinə görə, bütün çətinliklərə baxmayaraq, Azərbaycanın Prezidenti İlham Əliyevin müəyyən etdiyi Brüssel sülh gündəliyi və hər görüşdən öncə sülhə məcburetmə ilə bağlı gördüyü tədbirlər öz bəhrəsini verməkdə davam edir.
Xatırladaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
Baxış sayı: 452
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

