Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, bu müharibə Krımda və Donbasda başlayıb və Ukrayna hərbçilərinin dövlət sərhədlərini nəzarətə götürməsi ilə orada da başa çatmalıdır. O, Ukraynanın bu məqsədi daim diqqətdə saxladığını vurğulayıb.
Bu barədə Ukrayna prezidenti ənənəvi axşam videomüraciətində bildirib.
Prezident xatırladıb ki, bu gün Ukrayna uğrunda canlarından keçmiş əsgərlərin xatirəsini ehtiramla yad edir.
"Əminəm ki, hamınız nə baş verdiyini, nə üçün mübarizə apardığımızı və nəyə can atdığımızı başa düşürsünüz. Bizim əsgərlərimiz isə arxada heç bir elana və ya informasiya dalğasına ehtiyac duymur. Ukrayna öz ölkəsinə qayıdır və qayıdacaq - Xarkov, Luqansk, Donetsk vilayəti, Zaporojye, Xerson, Krım və təbii ki, bizim Qara və Azov dənizlərinin bütün akvatoriyasına. Bu, baş verəcək”, - dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna torpağında işğalçılara yer olmayacaq.
Baxış sayı: 421
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

