FACT-INFO.AZ » SİYASƏT » Cavid Osmanov: Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dost ölkənin siyasi mövqenin göstəricisidir
29-08-2022, 08:30 | SİYASƏT
Cavid Osmanov: Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dost ölkənin siyasi mövqenin göstəricisidir

 Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illik tarixi var. Ancaq xalqlarımız qardaş, eyni soy-kökə məxsus xalq olduğu üçün ölkələrimiz arasında əlaqələrin daha qədim tarixi vardır. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqidir. Bu, eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov söyləyib.

Ölkələrimizin eyni mövqe nümayiş etdirdiklərini diqqətə çatdıran deputat bildirib ki, istər ikitərəfli münasibətlər, istərsə də beynəlxalq problemlərə dair bütün məsələlərdə hər iki ölkənin mövqeyi üst-üstə düşür. Bunun səbəbi isə Qazaxıstan və Azərbaycanın bir-birinə yaxın dövlətlər, ən əsası da strateji tərəfdaş və müttəfiq olmalarıdır. Qazaxıstan hər zaman ölkəmizin haqq işini dəstəkləyib və beynəlxalq aləmdə bu məsələyə öz mövqeyini göstərib. Bu gün Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı da bu siyasi mövqenin göstəricisidir. Həmçinin bu, ölkələrimizin və xalqlarımızın dostluğunun bariz təzahürüdür. Belə ki, işğaldan azad edilmiş Füzulidə tikiləcək Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi Qazaxıstanın Azərbaycana hədiyyəsi, Qarabağın yenidən qurulması işinə isə mühüm töhfəsi kimi qiymətləndirilə bilər.

“Hazırda ölkələrimizin beynəlxalq səviyyədə əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkə xarici siyasətdə iştirak etdiyi aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edir, daim bir-birini dəstəkləyir. Bu siyasət gələcəkdə də davam edəcək. Azərbaycan və Qazaxıstanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər iki ölkəni təmsil edən nümayəndələr hər zaman qarşılıqlı fəaliyyətdədirlər.

Həm Qazaxıstan, həm də ölkəmizin böyük nəqliyyat-logistika potensialı mövcuddur. Bu vaxta qədər hər iki ölkədə nəqliyyat-logistika sahəsinin inkişaf etdirilməsi üçün mühüm işlər görülüb. Mövcud olan imkanlardan birgə istifadə ilə bağlı ölkələrimizin böyük planları var. Belə ki, hazırda ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi barədə danışıqlar gedir. Müvafiq orqanlar bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər və Orta Dəhliz layihəsi həyata keçirilir. Çox böyük perspektivə malik olacaq Orta Dəhliz layihəsinin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu vardır.

Orta Dəhliz layihəsi, eləcə də imzalanmış sənədlər iqtisadi-ticari münasibətlərin inkişafına böyük təkan verəcək. Bundan əlavə, cari ilin birinci rübündə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi keçən ilki göstərici ilə müqayisədə 3 dəfə artmışdır. İki ölkə arasında gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə də ölkə başçıları tərəfindən fikir mübadiləsi aparılmış, qarşılıqlı tədarüklərin artırılması məsələsi müzakirə olunmuşdur. İnvestisiya sahəsində də ölkələrimizin böyük perspektivləri var. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi var. Əldə olunmuş razılaşmalara əsasən bu istiqamətdə də ölkələrimiz səylərini birləşdirəcək, Azərbaycanda, Qazaxıstanda, ola bilsin, başqa ölkələrdə də birgə investisiya layihələrində iştirak edəcəklər.

Təbii ki, həyata keçiriləcək bütün layihələr və dərinləşdiriləcək əməkdaşlıq Qazaxıstan Prezidentinin ölkəmizə səfəri zamanı imzalanmış 20-dən artıq sənəd və “Strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” əsasında tənzimlənəcək”, - deyə Cavid Osmanov qeyd edib.

Onun sözlərinə görə, imzalanan sənədlər və “Strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” ikitərəfli əməkdaşlıqda yeni səhifələr açacaq.




Baxış sayı: 488
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031