FACT-INFO.AZ » SİYASƏT » Siyasi ekspert: Özünü sülhə xidmət edən reallığın içində görə bilməyənlər prosesdən kənarda qalacaqlar
27-08-2022, 14:45 | SİYASƏT
Siyasi ekspert: Özünü sülhə xidmət edən reallığın içində görə bilməyənlər prosesdən kənarda qalacaqlar

Bu davranış bir daha sübuta yetirir ki, ABŞ və Fransa Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin çoxsaylı dinc insanın ölümünə səbəb olan minalardan təmizlənməsində, yaşayış məntəqələrimizin tez bir zamanda bərpa edilməsinə və məcburi köçkünlərin öz doğma yurd yerlərinə qayıtmasında, Cənubi Qafqazda sülhün və əmin-amanlığın, sabitliyin təmin olunmasında, insanların dinc birgəyaşayışında maraqlı deyillər.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, əksinə, bu ölkələri, artıq tarixin arxivinə göndərilmiş “münaqişə”nin bərpası, aqressiv separatizm və terrorizmin vüsət alması, xaos, dinc insanların, o cümlədən uşaqların, qadınların, yaşlıların qətlə yetirilməsi, minaların qurbanına çevrilməsi, xalqlar arasındakı düşmənçiliyin sonsuza qədər davam etməsi, şəhər və kəndlərin viran olunması qane edir. Nəzərə alsaq ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərdə və beynəlxalq konfransda təkcə ölkəmizdə dislokasiya olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri deyil, eyni zamanda, Ankara, Tehran və Moskvadakı qeyri-rezident səfirlər də iştirak edirlər, o zaman ABŞ və Fransanın ölkəmizdəki səfirlərinin davranışlarının sağlam məntiqlə, beynəlxalq hüququn norma və prinsipləri ilə, diplomatik fəaliyyətin mahiyyəti ilə heç bir əlaqəsi yoxdur.

E.Mirzəbəylinin fikrincə, bu yanaşma bir daha təsdiqləyir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yalnız Ermənistanın 30 ilə yaxın davam edən təcavüzünə son qoymayıb, həm də işğalın sonsuza qədər davam etməsində, yüzminlərlə azərbaycanlının öz doğma yurd yerlərinə həsrət qalmalarında, müharibə cinayətlərində Ermənistan qədər, bəlkə də daha çox maraqlı olan ABŞ və Fransa kimi ölkələrin planlarını pozub. Sözügedən ölkələrin diplomatik nümayəndəliklərinin sərgilədiyi qeyri-insani, bəşəri dəyərlərə, dövlətlərin suveren hüquqlarına, ədalət prinsiplərinə zidd davranışları da buradan qaynaqlanır.

Şübhəsiz ki, ABŞ və Fransadan olan diplomatların bu mühüm səfərdə və konfransda iştirak etməmələri Azərbaycan, region və tədbirə qatılan 160-dan çox səfir, hərbi attaşe, digər diplomatlar, eləcə də onların təmsil etdikləri ölkələr və beynəlxalq təşkilatlar üçün heç nəyi dəyişməyəcək.

Siyasi ekspert vurğulayıb ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, işğalçı üzərində ədalətli və Beynəlxalq Humanitar Hüququn bütün prinsiplərinə əməl etməklə Zəfər çalması nəticəsində təkcə regiondakı, yaxud subregiondakı reallıqları deyil, bütövlükdə Avrasiya məkanındakı uzun illərdən bəri ədalətsiz bir şəkildə davam edən geosiyasi mənzərəni də dəyişib və öz yerlərini sülhə, əməkdaşlığa, xalqların firavan və təhlükəsiz yaşamasına xidmət edən reallıqların içərisində görə bilməyənlər, sadəcə, prosesdən kənarda qalacaqlar.




Baxış sayı: 448
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031