Fact-info.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən konfransda deyib.
"Biz ümid edirik ki, bu görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq. Ancaq biz bütün bu proseslə bağlı Ermənistan tərəfindən tərəddüdlər görürük", - deyə o bildirib.
H. Hacıyev daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiya ilə bağlı komissiyanın yaradılmasına dair razılıq əldə olunduğunu xatırladıb: "Həmçinin, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri ayın sonunda Moskvada görüşəcəklər, onlar nəqliyyat-kommunikasiya və delimitasiya məsələlərini müzakirə edəcəklər".
O, hazırda iki ölkə arasında danışıqların sərhədlərin delimitasiyası, humanitar, nəqliyyat-kommunikasiya və sülh sazişinin hazırlanması istiqamətində getdiyini açıqlayıb.
Baxış sayı: 511
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

