FACT-INFO.AZ » SİYASƏT » Əli Əsədov: "Yeni reallıqlar yeni nəqliyyat yollarının açılması üçün yaxşı imkanlar yaradır"
26-08-2022, 10:40 | SİYASƏT
Əli Əsədov: "Yeni reallıqlar yeni nəqliyyat yollarının açılması üçün yaxşı imkanlar yaradır"

Nazirlər Kabinetindən verilən xəbərə görə, iclasda çıxış edən Baş nazir Əli Əsədov Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olan demək olar ki, bütün ölkələrlə sıx ikitərəfli əlaqələrə və iqtisadi əməkdaşlığa malik olduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu münasibətlər ərazi bütövlüyünə qarşılıqlı hörmət, milli suverenlik və bir-birinin milli maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanır.

Diqqətə çatdırıldı ki, məhz bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanan əməkdaşlıq uzunmüddətli sülhün, sabitliyin və davamlı inkişafın əsas təminatçısıdır.

Azərbaycanın regional və qlobal miqyasda əməkdaşlığın və sülhün təmin edilməsinə, sabit təhlükəsizlik sisteminin formalaşmasına yönəlmiş strateji kursun həyata keçirdiyi vurğulandı. “Bu kontekstdə ölkəmiz Avrasiya regionunda sülhü və dialoqu təşviq edir, əməkdaşlığın inkişafına dəyərli töhfələr verir”, - deyə Baş nazir bildirdi.

və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın regiondakı tərəfdaşları ilə birlikdə nəqliyyat kommunikasiyalarının inkişafına, regional və kontinental ticarətin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüs və layihələrdə iştirak etdiyi qeyd edildi.

İclas iştirakçılarının diqqətini Azərbaycanın iqtisadi inkişafına yönəldən Baş nazir Əli Əsədov qlobal iqtisadiyyatdakı mənfi tendensiyalara baxmayaraq, 2022-ci ilin ilk altı ayında ölkəmizdə yaxşı iqtisadi artım templərinin qeydə alındığını bildirdi.

Belə ki, cari ilin 6 ayı ərzində iqtisadi artım 6,2% təşkil edib. Qeyri-neft iqtisadiyyatı 9,6% artıb. Xarici ticarət də xeyli artıb - 70%-dən çox. Azərbaycan məhsullarının ixracı iki dəfədən çox, qeyri-neft ixracı isə 25 faiz artıb.

Bildirildi ki, Azərbaycan beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin yaradılması üzrə mühüm layihələrin həyata keçirilməsi üçün nəqliyyat infrastrukturunun modernləşdirilməsinə sərmayə qoyub və bunu etməkdə davam edir.

Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu və s. kimi bir sıra layihələrdə mühüm halqa olduğu vurğulanıb. “Ölkəmizin ərazisindən keçən müxtəlif marşrutlar üzrə yükdaşımaların hər il yüksəldiyini müşahidə edirik. Təkcə cari ilin 6 ayında tranzit daşımalarının həcmi 50 faizdən çox artıb. Xəzərdə yeni Ələt beynəlxalq dəniz ticarət limanından daşınan tranzit yüklərin həcmi artmaqdadır. Liman infrastrukturu ildə 100 000 TEU konteyner daxil olmaqla 15 milyon tona qədər yük daşımağa imkan verir. Bununla belə, yük daşımalarının artması və bununla bağlı proqnozlar onun buraxılış qabiliyyətinin artırılmasını tələb edir. Bunu nəzərə alaraq biz limanın yükdaşıma qabiliyyətinin 25 milyon ton yükə və 500 min TEU konteynerə qədər genişləndirilməsi üzrə ikinci fazanın əsasını qoyduq”, - deyə Ə.Əsədov bildirdi.

Diqqətə çatdırılıb ki, Azərbaycan bundan sonra da Avrasiya İqtisadi İttifaqı üzrə tərəfdaşlarının ölkənin tranzit potensialından istifadə edə bilməsi üçün hər cür şərait yaratmağa hazırdır.

Ölkələri və qitələri birləşdirən nəqliyyat layihələri çərçivəsində əməkdaşlığın bütün Avrasiya məkanında sabit, firavan, ləyaqətli və proqnozlaşdırıla bilən gələcəyə töhfə verəcəyinə əminlik ifadə olundu.

“Bu tezis regionda yaranmış yeni reallıqlarla daha da möhkəmlənir ki, bu da nəqliyyat kommunikasiyalarının, eləcə də yeni nəqliyyat və ticarət yollarının açılması üçün yaxşı imkanlar yaradır”, - deyə Baş nazir əlavə etdi.




Baxış sayı: 449
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031