FACT-INFO.AZ » SİYASƏT » Şuşa ilə Türküstanın qardaşlaşması mədəni əlaqələrimizin inkişafına təkan verəcək
26-08-2022, 07:20 | SİYASƏT
Şuşa ilə Türküstanın qardaşlaşması mədəni əlaqələrimizin inkişafına təkan verəcək

Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi və Mərkəzə qazax xalqının böyük oğlu, bəstəkar, musiqiçi Kurmanqazi Sağırbayoğlunun adının verilməsi isə gələcək nəsillər üçün ən mühüm mədəni mirasdır. Şuşa ilə Türküstanın qardaşlaşması isə mədəni əlaqələrimizin inkişafına təkan verəcək, hər iki dövlətin regionları arasında əməkdaşlığı stimullaşdıracaq, Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə səbəb olacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.

Deputat qeyd edib ki, müasir dünyada böyük və kiçik olmağından asılı olmayaraq, bütün dövlətlər müttəfiqlərinin sayının maksimum çox olmasına səy göstərirlər. Belə ki, müttəfiqlərin sayının çox olması hər bir dövlət üçün siyasi, iqtisadi divident deməkdir. Təhlükəsizlik baxımından isə son dərəcə vacibdir.

“Postsovet məkanında yerləşməyimiz geosiyasi baxımdan Cənubi Qafqaz kimi mürəkkəb, ziddiyyətli regionda bizdən operativ, çevik diplomatik gedişlər tələb edir. Bu baxımdan, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət və müdafiə doktrinası, təhlükəsizlik sistemi özünü tam doğruldur. Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə, ötən ilin iyul ayında imzalanmış tarixi Şuşa Bəyannaməsi, həmçinin qardaş Özbəkistan, Qazaxıstan, Pakistan, Qırğızıstan və sair ölkələrlə imzalanan strateji müttəfiqlik barədə müqavilələrin hər biri dövlətimizin başçısının apardığı siyasətin bəhrəsidir”, - deyə N.Məhəməliyev vurğulayıb.

O əlavə edib ki, məhz Prezident İlham Əliyevin apardığı çoxvektorlu diplomatiya dünya ermənilərinə sağalmaz yara vurdu. Eyni zamanda, dünya informasiya məkanını 100 ildən bəri yalançı miflərlə, illüziyalarla zibilləyən saxtakar tayfanın informasiya siyasətini darmadağın etdi, Azərbaycanın bir dövlət kimi, özününsə dünya səviyyəsində hər kəsin hörmət bəslədiyi nüfuzlu lider olaraq tanıdılmasına nail oldu. Kasım-Jomart Tokayevin Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordenini təqdim edərkən səsləndirdiyi səmimi fikirlər qazax xalqının Prezident İlham Əliyev şəxsiyyətinə hörmət və ehtiramın ən gözəl nümunədir.




Baxış sayı: 443
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031