AFR-in xarici işlər naziri Frank-Valter Ştaynmayer
Vürtsburq şəhərində qatarda 17 yaşlı əfqan qaçqının sərnişinlərə etdiyi hücumdan sonra Avropa ölkələrinin dövlət təhlükəsizlik orqanlarını əməkdaşlığı möhkəmləndirməyə çağırıb. Almaniyanın xarici siyasət idarəsinin başçısı dünən “Reuters” agentliyinə müsahibəsində deyib:
“Terror kimə zərbə vurmağı seçmir və hər birimiz onun qurbanı ola bilərik”. Nazirin sözlərinə görə, Avropada polisin və təhlükəsizlik xidmətlərinin daha sıx əməkdaşlığı və daha intensiv informasiya mübadiləsi vacibdir. Frank-Valter Ştaynmayer, həmçinin beynəlxalq koalisiyadan İraqda və Suriyada terrorçu qruplara qarşı mübarizədə qəti fəaliyyət göstərməyi tələb edib. Onun sözlərinə görə, Almaniya Suriya və İraq sakinlərinə humanitar yardım göstərmək üçün 10 milyon avro ayıracaq. Ştaynmayerin bəyanatı 17 yaşlı əfqan qaçqının Vürtsburqda sərnişin qatarına hücum etməsindən bir sutka sonra yayılıb. Hücum nəticəsində dörd nəfər yaralanıb. Cinayətkar hücum vaxtı balta və bıçaqdan istifadə edib. O, qaçmağa cəhd edərkən polis tərəfindən güllələnib.
Baxış sayı: 1 559
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

