FACT-INFO.AZ » SİYASƏT » Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır
15-08-2022, 09:15 | SİYASƏT
Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsinə, Qobustan və Ağsu rayonlarına səfərləri də bu reallığı təsdiqləyir.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, ötən illər ərzində bölgələrimiz sosial-iqtisadi cəhətdən xeyli dərəcədə inkişaf edib. Eyni zamanda, regionlarda tarixi abidələrin bərpası, müasir standartlara cavab verən turizm obyektlərinin istifadəyə verilməsi qeyri-neft sektorunun inkişafında önəmli yer tutmaqdadır. Dövlətimizin başçısı səfəri zamanı Qobustan rayonu ərazisində yerləşən, yaşı 500 ildən çox olan “Diri Baba” türbəsini də ziyarət etdi. Bu tarixi abidə Qafqazda nadir abidələrdən biri kimi xalqımız tərəfindən həmişə müqəddəs yer kimi tanınır. Eyni zamanda, İsmayıllı rayonunun Basqal qəsəbəsi də tarixi məkanlarla zəngindir. Eləcə də, bu yaşayış yerinin həm tarixiliyi, həm də füsunkar təbiətə sahib olması onun turizm potensialından xəbər verir.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı regionlarımızın inkişafı, o cümlədən ərzaq təhlükəsizliyi məsələləri barədə ətraflı şəkildə fikirlərini ifadə etdi. Müsahibədə dövlətimizin başçısının “Qisas” əməliyyatı barədə fikirləri xüsusi vurğulanmalıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, “Qisas” əməliyyatı bir daha Azərbaycanın gücünü, qüdrətini göstərdi. “Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq”, - deyən dövlətimizin başçısı əgər yenə də buna oxşar təxribat törədilərsə, cavabın da eyni olacağını bildirdi. Çünki Azərbaycan öz ərazisində istənilən əməliyyatı həyata keçirmək hüququna sahibdir.

Fatma Yıldırım qeyd edib ki, “Qisas” əməliyyatı ermənilərə qarşı cəza tədbiri idi və bununla şəhidimizin qisası alındı. Erməni tərəfi anlamalıdır ki, yenə də hərbi təxribatlar törətsə, daha sərt şəkildə cəzalandırılacaqlar və bizi heç bir qüvvə dayandıra bilməz. Ona görə də, Ermənistan üzərinə götürdüyü öhdəliklərinə əməl etməli, təxribatlara son qoymalıdır. Azərbaycanın sülh təklifi Ermənistan üçün son şansdır. Təbii ki, dövlətimizin başçısının bu kimi bəyanatları, xəbərdarlığı bir daha təsdiqləyir ki, ölkəmiz 30 il əvvəlki Azərbaycan deyil. Bu gün diktə edən tərəf qalib Azərbaycandır. Hazırda dünya gücləri yeni reallıqları qəbul edib. Ermənistan da bu reallıqları qəbul etməyə məcburdur. Əks təqdirdə, dəfələrlə bəyan edildiyi kimi, “Dəmir yumruq” yerindədir. Prezident İlham Əliyev müsahibəsində bu bəyanatı da səsləndirdi ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilər çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz.

“Dövlətimizin başçısının “Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur” fikirləri Ermənistana ciddi mesajdır. Qarabağ münaqişəsi tarixə qovuşub. Danışıqlar masasında hər hansı statusdan söhbət getmir və Qarabağ ermənilərinə heç bir status verilməyəcək. Onlar da digər Azərbaycan vətəndaşları kimi qanunlarımız çərçivəsində yaşamalıdırlar. Söhbət Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyindən getdiyi məqamda dövlətimiz təklif etdiyi sülh təklifində bu məqamı açıqlayır ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Münasibətlərdə yeni səhifənin açılması Ermənistanın sülh danışıqlarına başlanması istiqamətində atacağı addıma bağlıdır. Prinsip etibarilə Ermənistanın yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. Qarabağda yaşayan ermənilərin gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Bundan əlavə, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı məsələni uzatmağa son qoymalı və konstruktiv mövqe nümayiş etdirməlidir. N.Paşinyan hakimiyyətinin başqa alternativi yoxdur”, - deyə deputat vurğulayıb.




Baxış sayı: 407
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib Bu gün, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır Bu gün, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub Bu gün, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub Bu gün, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək Bu gün, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb Bu gün, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub Bu gün, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb Bu gün, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb Dünən, 21:30 MEK elektron xidmətlərini təqdim edir Dünən, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Dünən, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Dünən, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Dünən, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Dünən, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Dünən, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Dünən, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb 21-09-2026, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub 21-09-2026, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region 21-09-2026, 12:30 Bəzi sözlərin mənşəyi haqqında 21-09-2026, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu 21-09-2026, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir 21-09-2026, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib 21-09-2026, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub 21-09-2026, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN 21-09-2026, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb 21-09-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930