FACT-INFO.AZ » XƏBƏR » Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir
14-08-2022, 10:20 | XƏBƏR
Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir

İlk növbədə, Azərbaycan cəmiyyətinə açıq, real vəziyyətin təsviri təqdim olundu. Bildirildi ki, dünyada ciddi ərzaq böhranı yaşanır və Azərbaycanın əsas hədəfi həm taxıl qıtlığını aradan qaldırmaq, həm də yüz faiz təmin edə biləcəyi, vacib ərzaq məhsullarının ölkəmizdə istehsal olunması prosesini tənzimləməkdir. Digər vacib məsələlərdən biri işğal zamanı susuz, istifadəsiz qalmış, ermənilər tərəfindən hərbi məsələlər üçün istifadə olunmuş torpaqlarımızın yenidən becərilmə üçün əlverişli vəziyyətə gətirilməsi prosesini Azərbaycanın həyata keçirməsidir. Bunların hamısı həm də Azərbaycanın dünyada baş verən proseslərə daha hazırlıqlı çıxmasını təmin edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa söyləyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin müsahibəsindəki ən mühüm məsələlərdən biri Ermənistanla bağlı vəziyyətin gündəmə gətirilməsidir. Gələcəkdə Azərbaycanı gözləyən danışıqlarda, əslində, ölkəmizin hansı mövqeyi tutacağı bu açıqlamada birmənalı şəkildə özünü göstərdi. Birinci növbədə, Qarabağ ermənilərinə status verilməyəcək, onların yeganə yolu Azərbaycan vətəndaşlığını qəbul etməkdən keçir. Onların Azərbaycana qarşı hər hansı şəkildə addımının qarşısı alınacaq. Necə ki, dövlətimizin başçısının vurğuladığı kimi, “Qisas” əməliyyatında kiçik bir epizodla “dəmir yumruğ”un yerində olduğu onlara yenidən göstərildi.

“Ermənistan Zəngəzur dəhlizi ilə bağlı yaxın zamanlarda Azərbaycana marşrutu təqdim etməlidir. Bu da danışıqlarda nəzərdə tutulan əsas məqamlardan biri olacaq. Prezident İlham Əliyev digər tərəfdən Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qaytarılması istiqamətində atılan addımların artıq yekunlaşmaq üzrə olduğunu vurğuladı. Bildirdi ki, artıq yaxın zamanlarda bu doğma torpaqlarımız da geri qaytarılacaq.

Müsahibədə Qarabağda yaşayan ermənilər üçün də çox ciddi mesajlar səsləndirildi. İlk növbədə, ermənilərin gələcəyi ilə bağlı vəziyyət konkretləşdi. Yəni, onlar ancaq Azərbaycan vətəndaşlığı çərçivəsində gələcəyini müəyyən etmək şansına sahibdirlər. Prezident İlham Əliyevin söylədiyi ən önəmli fikirlərdən biri də Qarabağ ermənilərinin üzərindən Ermənistanın təsirinin ortadan qaldırılmasının, Azərbaycanın təsirinin isə artmasının bir reallıq olmasının xüsusi qabardılması idi. Bu, təkcə ermənilərə mesaj deyildi, Prezident İlham Əliyev həm də digər xarici qüvvələrə ciddi şəkildə bildirdi ki, ölkəmizin suveren ərazisində olan prosesləri Azərbaycandan başqa heç bir qüvvə tənzimləyə bilməz, heç bir qüvvə bu prosesə müdaxilə etmək imkanına malik deyil. Azərbaycan buna imkan verməyəcək”, - deyə Fazil Mustafa qeyd edib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri ilə bağlı mesajları da çox önəmli idi və Azərbaycanın strateji plana sahib olduğunu göstərdi. İndiyədək görülən işlər də bunu göstərir. Bu, Azərbaycan cəmiyyətində də inamın möhkəmlənməsinə səbəb oldu. Bu açıqlamalar bütövlükdə tarixi-strateji əhəmiyyətə malikdir. Bu, ermənilər üçün də yeni fürsət kimi dəyərlləndirilməlidir. Ermənilər işğaldan azad olunmuş ərazilərdə yolların çəkilməsini, infrastrukturun qurulmasını da müşahidə edirlər. Onlar görürlər ki, Azərbaycan bölgənin bütün əhalisi üçün normal şərait yaratmaqda qətiyyətlidir və ermənilər kimi dağıdan, çıxdığı evləri məhv edən anlayışı qəbul etmir. Bu, bizim əxlaqımıza da uyğun deyil. Prezident İlham Əliyevin də erməni vəhşiliyi ilə bağlı açıqlamaları, əslində, önümüzdəki günlərdə Laçında və başqa yerlərdə onların törətmək istədikləri vandalizm aktlarının indidən müəyyən dərəcədə beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi güdürdü. Bütün hallarda bu açıqlama Prezident İlham Əliyevin Azərbaycan cəmiyyətinin iradəsinə uyğun olaraq problemlərin həlli istiqamətində prinsipial mövqeyini bundan sonra da davam etdirəcəyini bir daha göstərdi. Xalqımız da dövlətimizin başçısının Qarabağla bağlı atdığı bütün addımlarını birmənalı olaraq dəstəkləyir.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə hər kəs bu prosesdə prinsipial addımlarını atmalıdır ki, biz gələcəyimizi növbəti təhlükələrdən müəyyən dərəcədə sığortalaya bilək, 30 il əvvəlki təlatümləri bundan sonra yaşamayaq. Çünki dövlətimiz güclü olduqda biz də qarşımıza qoyulan hədəfləri daha yaxşı yerinə yetirə bilirik. Dövlətimizin gücünün ifadəsi Prezident İlham Əliyevin məhz bu açıqlamasında birmənalı şəkildə yer aldı”, - deyə deputat fikirlərini yekunlaşdırıb.




Baxış sayı: 393
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031