AMEA-dan Fact-info.az-a verilən məlumat agörə, biblioqrafik göstərici süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, dünyaca məşhur alim, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, ABŞ-ın Kaliforniya Universitetinin fəxri professoru Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadə) anadan olmasının 100 illiyinə həsr olunub.
Elmi redaktoru AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev, redaktoru MEK-in Biblioqrafiya şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi baş biblioqraf Mahnur Həsənova olan bu göstəricidə Lütfi Zadənin həyatı, elmi fəaliyyəti, məqalələr və konfrans materialları, kitabları, elm tarixində etdiyi yeniliklər və digər məlumatlar öz əksini tapıb.
Vəsait komputer elmləri, elektrik mühəndisliyi, riyaziyyat sahəsi üzrə elmi-tədqiqat işi aparan mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Baxış sayı: 501
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

