FACT-INFO.AZ » SİYASƏT » Əcnəbi media Aİ və Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqdan yazır
31-07-2022, 07:30 | SİYASƏT
Əcnəbi media Aİ və Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqdan yazır

Məqalədə Azərbaycan ilə Aİ arasında enerji sahəsindəki strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması, memorandumun mühüm əhəmiyyət kəsb etməsi, enerji sahəsində apardığımız fəal əməkdaşlığın uzunmüddətli tarixi, 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamənin imzalanması barədə ətraflı məlumat verilib.

Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələrinin Avropanın enerji xəritəsini dəyişməsi, Cənub Qaz Dəhlizinin əhəmiyyəti və böyük faydası, enerji təhlükəsizliyi məsələlərinin bu gün heç zaman olmadığı qədər aktual olması qeyd olunub.

Məqalədə, həmçinin cari ildə Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpa olunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi və digər məsələləri nəzərdə tutan enerji dialoqunun başlandığı, başda Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində günəş və külək enerjisi olmaqla, Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində nəhəng resurs ehtiyatları və böyük potensialın olduğu diqqətə çatdırılıb.

İmzalanan memorandumun gələcək üçün bir növ yol xəritəsi olduğu, əvvəl planlaşdırılan bütün məsələlərin tərəfimizdən icra olunduğu nəzərə alınaraq, bundan sonra da böyük uğurlara imza atacağımıza inam olduğu vurğulanıb.

Azərbaycanın coğrafi mövqeyi və müasir daşımalar infrastrukturu, gəmiqayırma imkanları, yeni dəniz limanı, qonşu ölkələrlə bizi birləşdirən dəmir yollarının əhəmiyyəti, Aİ ilə münasibətlərimizdə yalnız enerji sahəsinin deyil, habelə nəqliyyat infrastrukturunun genişləndirilməsinə yönələn birgə səylərin davam etdirilməsinə ehtiyac duyulduğu diqqətə çatdırılıb.




Baxış sayı: 527
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib Bu gün, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır Bu gün, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub Bu gün, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub Bu gün, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək Bu gün, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb Bu gün, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub Bu gün, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb Bu gün, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb Dünən, 21:30 MEK elektron xidmətlərini təqdim edir Dünən, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Dünən, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Dünən, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Dünən, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Dünən, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Dünən, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Dünən, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb 21-09-2026, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub 21-09-2026, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region 21-09-2026, 12:30 Bəzi sözlərin mənşəyi haqqında 21-09-2026, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu 21-09-2026, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir 21-09-2026, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib 21-09-2026, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub 21-09-2026, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN 21-09-2026, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb 21-09-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930