Fact-info.az xəbər verir ki, iclası giriş sözü ilə açan Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısının çıxışından irəli gələn vəzifə və tapşırıqları vurğulayıb.
Qərargahın fəaliyyətinin planlılıq, operativlik, şəffaflıq kimi prinsiplərə əsaslanaraq daha da təkmilləşdirilməsinin önəmini bildirib.
Sonra 2022-ci il iyulun 5-də Nazirlər Kabineti və Əlaqələndirmə Qərargahı üzvlərinin Suqovuşan və Ağdam istiqamətinə səfəri zamanı müəyyənləşdirilmiş məsələlərə dair müzakirələr aparılıb.
Zəngilan rayonunun Ağalı kənd sakinlərinin qayıdışının birinci mərhələsi üzrə 41 ailənin köçürülməsinə toxunan Qərargah rəhbəri Böyük Qayıdış prosesinin başlaması ilə əlaqədar qarşıda duran yeni vəzifələri qeyd edib.
İclasda Əlaqələndirmə Qərargahının cari fəaliyyəti ilə bağlı məsələlər, o cümlədən yaşayış məntəqələrinin şəhərsalma sənədlərinin hazırlanması, mühəndis-kommunikasiya və sosial infrastrukturla təmin edilməsi, habelə əhalinin qayıdışının təşkili və dayanıqlı məskunlaşması üzrə məsələlər müzakirə olunub.
Sonda qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı zəruri tədbirlər müəyyən edilib və müvafiq tapşırıqlar verilib.
Baxış sayı: 686
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

