Kitabxanadan bildirilib ki, biblioqrafiyada “Əzizə Cəfərzadənin həyat və yaradıcılığının əsas tarixləri”, “Əzizə Cəfərzadənin görkəmli şəxsiyyətlər haqqında fikirləri”, “Görkəmli şəxsiyyətlər Əzizə Cəfərzadə haqqında” bölmələri, yazıçının elmi və ədəbi fəaliyyətinin məhsulu olan əsərləri, tərtib etdiyi, redaktoru olduğu, “Ön söz” yazdığı kitablar, rəy verdiyi, rəhbəri və məsləhətçisi olduğu tədqiqat işləri, həmçinin həyat və yaradıcılığı haqqında 1937-2021-ci illərdə dərc olunmuş materiallar öz əksini tapıb.
Vəsaitdə həmçinin Azərbaycan elmi və ədəbiyyatı qarşısında misilsiz xidmətləri olan Əzizə Cəfərzadənin Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində və ev arxivində saxlanılan əsərlərinin əlyazmaları, qeyd dəftərləri, gündəlikləri, çıxışlarının mətnləri, fotoşəkillər, rəylər, məktublar, teleqramlar, yazıçı haqqında müxtəlif sənədlər və digər materialların biblioqrafik təsvirləri əks olunub.
Biblioqrafiyada yazıçının dünyanın ən zəngin milli, dövlət və universitet kitabxanalarında mühafizə olunan nəşrləri də öz əksini tapıb.
Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/EzizeCeferzade.pdf linkindən istifadə edə bilərlər.
Baxış sayı: 576
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

