Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ senatorlarından ibarət ikipartiyalı qrup Yuxarı Palatada Rusiyanın Ukraynadakı hərəkətlərini Ukrayna xalqının soyqırımı kimi tanıyan qətnamə layihəsi təqdim edib.
Həmin sənədin mətni ABŞ Senatının Xarici əlaqələr komitəsinin rəsmi saytında yerləşdirilib.
Qətnamə müəlliflərindən respublikaçı Cim Riş “Rusiyanın Ukraynada etdiyinin soyqırım olduğuna şübhə yoxdur” deyə cümlə işlədib.
Bununla bağlı o, Rusiya hərbçilərinin İrpin, Qostomel və Ukraynanın digər şəhərlərində törətdiyi hərəkətləri xatırladıb.
Senator Ben Kardin də Rusiyanın Ukraynadakı hərəkətlərinin soyqırımdan başqa bir şey olmadığını vurğulayıb.
"Rusiya Ukraynada təkcə insanları və tikililəri yox, həm də Ukrayna dilini, Ukrayna tarixini və Ukrayna mədəniyyətini məhv etməyə çalışır. Bu, bir soyqırımdır. Dünya bu faktı tanımalı və günahkarlar cavab verməlidir", - deyə o, bildirib.
Baxış sayı: 487
Azerbaijan's Foreign Ministry calls on Russia to thoroughly investigate provocative incident in front of its Embassy
French media highlights President Ilham Aliyev’s visit to Uzbekistan
Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation”
President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan
Joint Statement of U.S., Armenia and Azerbaijan in spotlight of Turkish media

