Reyhandan qida sənayesində geniş istifadə edilir. Ondan müxtəlif içkilərin və sousların hazırlanmasında, sabun və şampunların düzəldilməsində istifadə edilir. Sizə reyhanın çayının bilmədiyiniz xüsusiyyətləri barədə danışmaq istəyirəm.
Reyhan çayı aşağıdakı xüsusiyyətlərə malikdir:
* antioksidantdır
* mədə ağrısını sakitləşdirir
* həzm sistemini normallaşdırır
* ağız yaraları zamanı istifadə edilir
Reyhan çayı necə dəmlənir?
Reyhan çayı dəmləmək üçün reyhanın həm qurusundan, həm də təzə reyhanın yarpaqlarından istifadə edilir.
Təzə reyhandan çay dəmlənən zaman 250 ml qynar suya 2 xörək qaşığı xırda doğranmış reyhan əlavə edilib, 4-5 dəqiqə sonra süzülüb içilir.
Qurudulmuş reyhanı dəmləyən zaman isə 4 çay qaşığı quru reyhan 250 ml qaynar suya əlavə edilib 10 dəqiqə dəmlənməlidir.
Reyhan çayı K və A vitaminləri ilə zəngindir. 2 xorək qaşığı reyhanla dəmlənmiş çay orqanizmin A vitamininə olan ehtiyacının 6%-ini, K vitamininə olan ehtiyacının 27%-ini, kalsium ehtiyacının 1%-nı, dəmirə olan ehtiyacın 1%-ini ödəyir. Bundan əlavə mədədə olan narahatçılıq hissini aradan qaldırır, dəri xəstəliklərinin müalicəsində faydası böyükdür. Hindistanda fitoterapiya sənayesində astma və diabet xəstəliklərinin müalicəsi üçün tədarük edilir.
Baxış sayı: 605
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

