FACT-INFO.AZ » SİYASƏT » Milli Məclisin deputatı Ermənistanı ATƏT PA-nın qərarlarından nəticə çıxarmağa çağırıb
7-07-2022, 10:00 | SİYASƏT
Milli Məclisin deputatı Ermənistanı ATƏT PA-nın qərarlarından nəticə çıxarmağa çağırıb

Plenar iclasın müzakirə hissəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev çıxış edib. Deputat çıxışında daha öncə keçirilmiş komitə iclaslarında Azərbaycanın maraqlarına zidd olan, erməni nümayəndə heyəti tərəfindən irəli sürülmüş qərəzli və əsassız düzəlişlərə qarşı çıxdıqlarına görə ATƏT PA-nın üzvlərinə təşəkkürünü çatdırıb: “Düzəlişlərə qarşı çıxmaqla Parlament Assambleyası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını, Cənubi Qafqazda dayanıqlı sülhü, etimad quruculuğunu və bütün məsələlərin tərəflər arasında birbaşa dialoq vasitəsilə həllini dəstəklədi. ATƏT PA alternativi olmayan sülh və təhlükəsizliyə yönəlmiş cəhdləri rədd etdi, sağlam düşüncə və hamımızın bölüşdüyü təməl prinsiplərə sadiqlik qalib gəldi. Buna görə hamınıza təşəkkür edirəm”.

Çıxışının davamında Azay Quliyev Ermənistan nümayəndə heyətinə müraciət edərək onları illik sessiya ərzində qeyri-konstruktiv mövqe tutduqlarını və təhrikedici ritorika üzrə çıxış etdiklərini qeyd etdi: “Nə qədər bizə çətin olsa da, Azərbaycan Ermənistanla münasibətlərdə yeni dövrün açılması üçün davamlı səylər göstərir və məlum 5 təməl prinsipi əsasında sülh sazişi imzalamağa hazırıdır. Bizim məqsədimiz aydındır-regionda sülhü və təhlükəsizliyi davamlı etmək”.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Ermənistan nümayəndə heyətinə xitabən bildirib ki, əgər Ermənistan həqiqətən də münasibətlərin normallaşmasında və Brüssel sülh danışıqlarında maraqlıdırsa, bu gün ATƏT Parlament Assambleyasının qəbul etdiyi qərardan düzgün nəticə çıxarmalı və sülhə töhfə verməlidir.

Çıxışının sonunda Azay Quliyev onu iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitənin sədri seçdiklərinə görə Assambleya üzvlərinə təşəkkür edib və ATƏT regionunda istifadə olunmamış təhlükəsizlik və əməkdaşlıq potensialından faydalanmaq istiqamətində səylərini səfərbər edəcəyini söyləyib.




Baxış sayı: 632
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031