Fact-info.az xəbər verir ki, bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Bakıdan humanitar yardımın ölkəsinə yola salınması mərasimində jurnalistlərə müsahibəsində deyib.
“Müharibənin başlamasından indiyədək Azərbaycan tərəfindən Ukraynaya 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yardım göndərilib. Buraya müxtəlif dərmanlar, tibbi avadanlıq daxildir”, - deyə diplomat qeyd edib.
V.Kanevski Sumqayıt Şəhər İcra Hakimiyyətinin qardaşlaşmış şəhəri olan Çerkassıya yardım göndərməsinə görə təşəkkürünü bildirərək deyib: “Bu təşəbbüs Azərbaycanın Ukraynaya aktiv şəkildə yardım göndərməyə başlayan digər şəhərlərinə nümunə olub. Bu, Ukrayna və Azərbaycan xalqları arasında əsl dostluq jestidir. Biz Ukrayna və Azərbaycan xalqları arasındakı dostluğun sarsılmaz olduğuna inanırıq”.
Baxış sayı: 574
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

