FACT-INFO.AZ » SİYASƏT » Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək körpünün tikintisinə tezliklə başlanacaq
4-07-2022, 14:40 | SİYASƏT
Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək körpünün tikintisinə tezliklə başlanacaq

Fact-info.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu barədə iranlı həmkarı Əmir Hüseyn Abdullahiyanla keçirdiyi mətbuat konfransında deyib.

Ceyhun Bayramov bildirib ki, iranlı həmkarı ilə çox maraqlı və faydalı görüşü olub:

“Hesab edirəm ki, tarixi, mədəni və dini bağlara əsaslanan, ölkələrimiz arasında olan mehriban qonşuluq və dostluq münasibətlərinin mövcud mərhələdə daha da inkişaf etdirilməsi üçün səfərlər olduqca vacibdir. Görüşdə ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq platformalarda əməkdaşlıq, eləcədə iqtisadi əlaqələrin inkişafı haqqında müzakirələr apardıq”.

Ceyhun Bayramov qeyd edib ki, 2021-ci ildə iki ölkənin iqtisadi əlaqələri 2020-ci ilə müqayisədə 30 faiz artıb: “2022-ci ilin ilk 5 ayında ticarət dövriyyəsində 2021-ci ilin eyni dövrü ilə müqayisədə 18 faiz artım var. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş potensial mövcuddur. Son illər ərzində həyata keçirilən və icra olunan layihələrə diqqətimiz davam etməlidir. Eyni zamanda, bir sıra yeni razılaşmalar həyata keçirilməyə başlanmalıdır ki, qarşılıqlı investisiyalar və iqtisadi əlaqələr daha da artırılsın. Müştərək avtomobil, avtomobillərin ehtiyat hissələrinin və kənd təsərrüfatı texnikasının istehsalı ilə yanaşı, bir sıra digər layihələrə də diqqət yetirilməlidir. “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının, su elektrik stansiyalarının tikintisi və iki ölkə arasında birgə istifadəsi gündəlikdə olan vacib məsələlərdəndir”.

Nazir Şimal-Cənub Dəhlizi çərçivəsində Azərbaycan və İran Astarası arasında ən qısa zamanda dəmir yolu terminalının tikintisinin başa çatdırılacağını bildirib və qeyd edib ki, bununla bağlı bir sıra texniki sənədlər artıq hazırlanır.

Ceyhun Bayramov qeyd edib ki, Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək layihə çərçivəsində artıq ilk körpü ilə bağlı texniki göstəricilər razılaşdırılıb və tezliklə körpünün tikintisinə başlanacaq.




Baxış sayı: 543
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031