APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə istehsalı olan Bayraktar “AKINCI” zərbə vuran pilotsuz uçuş aparatı milli Aselsan şirkəti tərəfindən hazırlanmış “LGK-82” lazerlə idarə olunan raketi uğurla buraxıb.
Məlumata görə, iyulun 1-də pilotsuz təyyarə Türkiyənin şimal-qərbində yerləşən Tekirdağ vilayətindəki Çorlu aviabazasından havaya qalxıb və 9 min metrdən çox hündürlükdə lazerlə idarə olunan qanadlı raket atıb və hədəfi dəqiqliklə vurub.
Əvvəllər pilotlu təyyarələr tərəfindən istifadə edilən bu növ sursat ilk dəfə “AKINCI”-da sınaqdan keçirilib.
Türkiyə son illərdə təkcə silahlı qüvvələrinin ehtiyaclarını ödəmək üçün deyil, həm də pilotsuz təyyarələrin ixracı üçün istehsala başlayıb.
Hazırda Türkiyənin Bayraktar “TB-2 PUA”-larını Azərbaycan, Qətər, Liviya, Mərakeş, Polşa və Ukraynadövlətləri alır.
Bu tip pilotsuz təyyarələrdən Qarabağ, Suriya və Liviyadakı döyüş əməliyyatlarında istifadə olunub
Baxış sayı: 632
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

