Bunu Amerikanın NBC telekanalına müsahibəsində prezident Vladimir Zelenski deyib.
"Müharibə mütləq bitəcək və mən əminəm ki, Ukraynanın qələbəsi ilə başa çatacaq. Nə qədər ağır olsa da, biz işğalçıları öz torpağımızdan çıxarmalıyıq. Bacardığımız qədər bunu edəcəyik, müharibə başqa necə bitə bilər?”.
Dövlət başçısı müttəfiqləri Ukraynaya daha çox dəstək verməyə çağırıb.
"Biz yeni dövlət quracağıq. Arzulanan dövlət", - prezident əlavə edib.
Vladimir Zelenski deyib ki, BMT Təhlükəsizlik Şurası terrorçu ölkələri cəzalandırmaq üçün qanuni hüquqlar almalıdır. O, Təhlükəsizlik Şurasını Kremençuka hücumu terror aktı kimi tanımağa çağırıb.
"Təklif edirəm ki, bəyanat verilsin, bunun terror aktı olduğuna dair qərar qəbul edilsin. Və bunun həqiqətən Rusiya ərazisindən hücum olduğunu yoxlamaq üçün araşdırılma aparıla bilər ", - prezident deyib.
Baxış sayı: 503
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

